Azərbaycanlı həkim koronavirus infeksiyasından öldü

Azərbaycanlı həkim koronavirus infeksiyasından öldü
Загрузка...
 67 yaşlı Zakir Xəlilov Təcili Tibbi Yardım Stansiyasında çalışıb Həkim Zakir Xəlilov aprelin 18-də vəfat edib. Yaxınları onun COVİD-19 infeksiyasına yoluxduğunu deyirlər. O, Azərbaycanda koronavirus infeksiyasından ölən ilk həkim sayılır. 67 yaşlı Zakir Xəlilovun Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının Yasamal rayon şöbəsində çalışdığı bildirilir.
O, koronavirusa yoluxduqdan sonra bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Rəsmi məlumatlarda ölənlərin adı göstərilmir, yalnız təvəllüdü qeyd olunur. 17 aprel tarixli məlumata görə, Azərbaycanda hazırda 1340 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər ölüb, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Operativ Qərargah bildirib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.

Xəbər lenti