Bakıda keçmiş məhkum qadına hücum etdi

Bakıda keçmiş məhkum qadına hücum etdi
Загрузка...

Bakıda soyğunçuluq hadisəsi baş verib. Bakı şəhəri Baş Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, oktyabrın 14-də gecə saatlarında Şağan qəsəbəsində Salyan rayon sakini Gülnar Nəzərovanın, içərisində 200 manat və mobil telefon olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar İlqar oğlu Şükürov tutulub.  Cinayətdə şübhəli bilinən şəxsi Xəzər rayon Polis İdarəsi və 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlamaq mümkün olub.

Criminal.az

Xəbər lenti