Azərbaycanın tanınmış məhkəmə hakimləri təqaüdə göndərilir Azərbaycanın tanınmış məhkəmə hakimləri təqaüdə göndərilir

Azərbaycanın tanınmış məhkəmə hakimləri təqaüdə göndərilir
Загрузка...
Konstitutsiya Məhkəməsinin iki tanınmış hakimi təqaüdə göndərilir. Criminal.az saytının məhkəmədən əldə etdiyi məlumata görə, onlar Südabə Həsənova və Rafael Qvaladzedir.
Hər iki hakimin yaşı 70-i keçdiyindən məhkəmə rəhbərliyi belə qərar verib.
S.Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub. 1995-1998-ci illərdə Ədliyyə Naziri vəzifəsini icra edib. 1998-ci il 10 yanvar tarixdə Ədliyyə Naziri təyin edilib. 1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının sədri olub. Azərbaycan Prezidentinin 2000-ci il 18 aprel tarixli fərmanı ilə Ali Məhkəməsinin sədri təyin edilib.
 
Südabə Həsənova 
2005-ci ildə sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb. Milli Məclisinin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. S.Həsənova 1995-ci ildə III dərəcə, 1998-ci ildə isə II dərəcəli Dövlət ədliyyə müşaviri rütbələri ilə təltif edilib. O, 2007-ci ildə ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilib, bundan başqa "Əməkdar hüquqşünas" fəxri adı verilib.  

Rafael Qvaladze
R.Qvaladze 1948-ci ildə Gürcüstanda anadan olub. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. «Tərəqqi» medalı ilə təltif olunub, «Əməkdar hüquqşünas» adı verilib. 
Onu da əlavə edək ki, səlahiyyət müddəti başa çatmış sabiq baş prokuror Zakir Qaralovun Konstitutsiya Məhkəməsinə hakim təyin ediləcəyi gözlənilir. 

Xəbər lenti