Azərbaycanın Gürcüstandakı səfiri dəyişdirilib

Azərbaycanın Gürcüstandakı səfiri dəyişdirilib
Загрузка...
 Faiq Quliyev Diasporlarla İş üzrə Dövlət Komitəsində sədr müavini vəzifəsində 2018-ci ilin martından fəaliyyət göstərib Prezident İlham Əliyev avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun geri çağrılması haqqında sərəncam imzalayıb.
Dursun Həsənov 2016-cı ilin dekabrından Azərbaycanı Gürcüstanda təmsil edirdi. Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. Dövlət başçısının digər sərəncamları ilə Faiq Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilərək, Gürcüstana səfir təyin edilib.
Faiq Quliyev Diasporlarla İş üzrə Dövlət Komitəsində sədr müavini vəzifəsində 2018-ci ilin martından fəaliyyət göstərib. Buna qədər o "SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti