Azərbaycanın Avropadakı səfirinin biznesi ifşa edildi - Elman Rüstəmovun kürəkəni ilə ortaqdır... Azərbaycanın Avropadakı səfirinin biznesi ifşa edildi - Elman Rüstəmovun kürəkəni ilə ortaqdır...

Azərbaycanın Avropadakı səfirinin biznesi ifşa edildi - Elman Rüstəmovun kürəkəni ilə ortaqdır...
Загрузка...
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb. Hörmətli diplomatımız məmurlardan geri qalmayaraq səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb. Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədi Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq. Cənab səfir yəqin düşünüb ki, məmurlar ölkənin sərvətini Londona, Çexiyaya yatırırkan, dövləti təmsil etmək onamı qalıb...  
Criminal.az bu dəfə müstəqil jurnalist Cavanşir Həsənlinin diplomat F.Şəfiyevin biznes şəbəkəsi ilə bağlı araşdırmasını təqdim edir. 
2018-ci il mayın 5-də cənab səfir, Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠEL East Trade Company s.r.o. şirkətini təsis ediblər. 

Səfir öz hissələrini həyat yoldaşı 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mənzil 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir. Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur. Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945.  








Загрузка...
Загрузка...

Xəbər lenti