Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi məhkəməyə verilib

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi məhkəməyə verilib
Загрузка...
"Ölkəmizdə belə bir qurum var: Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəliyi və onun rəhbəri Çingiz Əsgərov. Onun əsas vəzifəsi Avropa Məhkəməsinin qərarlarının icrası üçün dövlət qurumlarını səfərbər etməkdir. Yəni insan hüquqlarının müdafiəsinə töhfə verməli olan qurumdur. Belə səlahiyyət sahibi özü qanunlara, insan haqlarına saymazyana yanaşır. Çünki əmindir ki, ölkədə heç bir qurum bu hərəkətlərinə görə ondan hesabat istəməyəcək. Avropa Məhkəməsinin qərarları ilə təyin olunmuş kompensasiyaların ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi barədə informasiya sorğusu vermişəm, heç vecinə alıb cavab verməyib. Bu qanun pozuntusundan məhkəməyə şikayət vermişəm, cavabdehin rəsmi ünvanını göstərmişəm: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 19, Prezident Sarayı". Bu barədə vəkil Əsabəli Mustafayev "facebook" profilində yazıb. 

Əsabəli Mustafayev 
Vəkil qeyd edib ki, məhkəmə iddianı mümkünsüz sayıb. Belə əsaslandırıb ki, cavabdehin həmin ünvanda qeyddə olmasını təsdiq edən sübut təqdim etməyib: "Demək mən hansısa qurum tapıb oradan arayış almalıyam ki, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Prezident Sarayında qeydiyyatdadır, bu Saray isə Bakı şəhəri, İstiqlaliyyət küçəsi 19-da yerləşir? Məhkəməyə yaxşı bəllidir ki, mən belə bir arayış ala bilməyəcəyəm. Əlbətdə məhkəmənin bu qərarı onun belə şikayətlərə baxmaq xofundan yaranır. Ərizəçilərdən biri ona kompensasiyanın ödənilməməsi səbəbindən Çingiz Əsgərova qarşı inzibati icraat qaydasında şikayət vermişdir. Gözlədiyimiz kimi iddia mümkünsüz sayıldı və Ali Məhkəmə bu qərarı qüvvədə saxladı". 

Çingiz Əsgərov 
"Məhkəmələr hesab etdi ki, cavabdeh inzibati orqan deyil. İndi həmin iddia ümumi məhkəməyə verilib. O da iddianı qəbuledilməzliyinə görə mümkünsüz saydı, çünki hesab edir ki, bu şikayət inzibati icraat qaydasında baxılmalıdır. Əminəm ki, apellyasiya və kassasiya instansiyaları bu qərarla razılaşacaqlar. Sonra həm ərizəçinin, həm də mənim informasiya sorğusu ilə şikayətlərimiz Avropa Məhkəməsinə göndəriləcəkdir. Bu da Avropada bir yenilik olacaq ki, Avropa Məhkəməsinin qərarlarının icrasına məsul olan qurum özü qanunları pozur və məhkəmədə cavabdeh olur. Bəlkə belə dar düşüncənizlə, milli qanunlara, beynəlxalq konvensiyalara hörmətsiz hərəkətlərinizlə dövlətin imicinə zərbə vurmağı durdurasız?"-deyə Ə.Mustafayev qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti