Azərbaycanı silkələyən cinayət DOSYESİ: Yunis Səfərovun gizli saxlanılan etirafları - II HİSSƏ

24 Fevral 2020, 12:52
24 Fevral
2020
12:52
7605
Artıq bir neçə gündür Elmar Vəliyev Gəncə şəhərinin icra başçısı olarkən onu güllələyən Yunis Səfərovun məhkəməsi başlayıb. Məhkəmə media nümayəndələri və ictimaiyyət üçün açıq deyil. Y.Səfərov hələlik məhkəmədə sərbəst ifadə verməyib. Criminal.az Azərbaycanı silkələyən cinayət hadisəsinin, onu törədən şəxsin fikirlərə ictimai marağı nəzarə alaraq istintaq materiallarını əldə edib. Y.Səfərovun istintaqa verdiyi ifadəni ixtisarla təqdim edir:
Y.Səfərovun istintaqa verdiyi ifadəsinə davam edərək bildirib ki, Eldar Orucovla 2012-ci ilin xatırlamadığı vaxtına qədər Moskva şəhərinin "Şukinski” metrosunun yaxınlığında olan "MC Donalds”-da, "Atrium” ticarət mərkəzində söhbətləşib gələcəkdə Azərbaycanda hakimiyyəti devirməyin yollarını, inqilabı həyata keçirmək və partizan silahlı qruplaşması yaratmaq üçün silahları haradan, kimdən və necə tapmağı, Eldar Orucovu həbs edilmədən Azərbaycana gətirib gizlətməyin yollarını müzakirə ediblər:
"Məqsədimiz onu gizli yolla Azərbaycana gətirdikdən sonra partizan müharibəsinə başlamaq olub"
"2010-cu ildə Moskva şəhər metrosunun "Taqanskaya” stansiyasının yaxınlığında yerləşən adını bilmədiyi mağazanın təmir işlərində fəhlə kimi işə düzəlmişəm. Həmin vaxt sonradan dostlaşdığı Azər Əliyev də onunla birlikdə fəhlə işləyib. Azər Əliyevin mənim danışıqlarıma həvəslə və israrla qulaq asmasından istifadə edərək dinlə başladığı söhbəti tədricən Azərbaycanın hakimiyyətinə qarşı yönəltmiş, Azərbaycanda baş verən siyasi və iqtisadi proseslərdən, hakimiyyət nümayəndələrinin İslam dininə, həmin dinə mənsub şəxslərə qarşı zülm etdiklərini, buna görə də həmin hakimiyyəti silah gücünə devirməklə inqilab etməyin labüdlüyünü danışmışam. Mütəmadi, uzun sürən söhbətlərindən sonra Azər Əliyev psixoloji olaraq onun təsiri altına düşüb və mənimlə həmfikir olub. Həm Eldar Orucov, həm də Azər Əliyevlə tanış olandan sonra 2010-2012-ci illərdə Eldar, Azər və Mahiri bir-biriləri ilə tanış etmişəm. Dördlükdə mütəmadi olaraq birlikdə oturub cinayətkar əməllərini realizə etmək məqsədi ilə planlarını müzakirə etmişik. Azərbaycana gəlib meşəlikdə gizlənmək, silah tapmaq, silahlı partizan qruplaşmaları yaratmaq, onların tərkibində fəal iştirak edib. Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaq və hakimiyyəti devirməklə konstitusiya quruluşunu zor gücünə dəyişmək barədə müzakirələr aparmışıq. Planlarımız ilə əlaqədar konkret olaraq hər hansı hakimiyyət nümayəndəsini öldürmək barədə söhbət etməmişik. Məqsədimiz əsasən Eldar Orucovun yaşına uyğun başqa bir şəxsin anket məlumatlarından istifadə etməklə pasport düzəldib onu gizli yolla Azərbaycana gətirdikdən sonra partizan müharibəsinə başlamaq, bununla da hakimiyyəti inqilab yolu ilə devirmək olub.

Uzun sürən müzakirələrin nəticəsi olaraq onun Bakıya, anası Leylaxanım İsmayılovanın Xətai rayonu, N.Rəfiyev küçəsindəki Ceyhun Salahovun adına aldığı evinə gəlməsi, orada hazırlıq işləri görməsi, silah tapması, bir müddət sonra isə Azər Əliyev, Eldar Orucov və Mahir Əzizovun gizli yolla Azərbaycana gəlmələri, hamının onun evində yığışması, bundan sonra Eldar Orucovun Azərbaycandakı əlaqələrindən istifadə edərək gələcək partizan mübarizələri üçün qrupa adam yığmaq və hər hansı meşəyə çəkilməklə partizan müharibəsinə başlamaq barədə yekun qərara gəliblər".
Y.Səfərov ifadəsinə davam edir: "2012-ci ilin qış ayında gələcək planlarının reallaşdırılması, bunun üçün partizan qruplaşması şəklində hakimiyyətə qarşı müharibə apararkən gizləndikləri meşəliyə öyrəşmək məqsədi ilə Eldar Orucov məni, Azər Əliyevi və Mahir Əzizovu Moskva şəhərindən iki-üç saatlıq məsafədə olan Smolensk vilayətindəki meşəlikdə daxmaya aparıb. Həmin meşədə Eldar Orucovun rəhbərliyi ilə tonqal qalamağı, bitkilərin növlərini ayırd etməyi öyrənmişik. Eldar Orucov əvvəlcədən internet səhifəsindən çıxarıb özü ilə gətirdiyi Smolensk meşəliyinin topoqrafiya xəritəsini bizə təqdim edib, hər hansı nöqtənin tapılmasını tapşırıb. Eldar Orucov da mənim kimi Fidel Kastro və Çe Gevaranın heyranı olub, özünü onların davamçısı kimi görüb, onlar kimi inqilabdan əvvəl meşəlikdə gizlənməklə partizan müharibəsinə hazırlaşmaq istəyib.
Həmin meşədə iki-üç gün qaldıqdan sonra ərzaq tükəndiyinə görə Moskvaya qayıdıb hərə öz işi ilə məşğul olmağa başlayıb. Bundan sonrakı məsələ isə Eldar Orucovu gizli yolla Azərbaycana gətirmək olub. Buna görə ilkin olaraq dostum Mustafayev Rasim Hafis oğlunun dayısı, onun da dostluq münasibətlərində olan, fikirləri ilə Azərbaycan iqtidarına qarşı mövqedə dayanan, "Müsavat” partiyasının Gəncə şəhəri üzrə filialının sədri Kamal Zeynalovu Rusiyaya aparmağı qərarlaşdırmışıq. Bununla əlaqədar tarixini xatırlamadığım vaxt Rasim Mustafayevin həmin ərəfədə istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Kamal Zeynalov üçün iş olduğunu
demişəm. Kamal üçün Rusiyaya getməsini xahiş etmişəm, biletin öz puluna alıb göndərib.

"Domodedovo” aeroportunda Kamal Zeynalovu qarşılayarkən Hamlet Abdullayevin də mən təyyarədən endiyini gördüm. Kamal Zeynalovu və Hamlet Abdullayevi yaşadığım Moskva şəhəri, Xoroşevo-Mnevniki rayonu, Demyan Bednıy küçəsi, bina 18, korpus 3, mənzil 80 ünvanına gətirmişəm. Kamal Zeynalovun pasportuna baxdıqda orada viza olduğunu gördüm, buna görə də onun pasportu ilə Eldar Orucovu Azərbaycana gətirməyin mümkün olmayacağını fikirləşdim. Kamal Zeynalov məndən pasportuna baxmağının səbəbi barədə soruşduqda Azərbaycan hakimiyyətini devirmək barədə plan qurduqlarını, həmin planı reallaşdırmaq üçün əvvəllər OMON dəstəsində olmuş Eldar Orucovu Azərbaycana gətirmək istədiyini, öz pasportu ilə gələrsə, həbs edilə biləcəyini, buna görə də onu yaşına uyğun olan adamın pasportundan istifadə etməklə Azərbaycana gətirmək istədiyini bildirmişəm. Kamal Zeynalov fikirlərimi tənqid etdi, üzvü olduğu partiyanın sakit və dinc yolla Azərbaycan iqtidarına qarşı mübarizə apardığını bildirib. Bundan sonra Kamal Zeynalovun pasportda viza olduğuna görə alınmadığını bildirdim. Kamal Zeynalov evimdə iki gün qaldıqdan sonra həmin şəhərdə yaşayan qohumunun evinə gedib, bir neçə gün sonra isə Azərbaycana qayıdıb".

Y.Səfərov plana uyğun olaraq o, 2012-ci ildə qatarla Xətai rayonu, N.Rəfiyev küçəsindəki evinə gəlib. Özü ilə birlikdə partizan müharibəsinə hazırlıq işləri ilə əlaqədar balıq tutmaq üçün ləvazimatlar, su qabları və sair əşyalar gətirib, evin yaxınlığında olan internet klublardan birində Azərbaycanın topoqrafik xəritəsini çıxarıb. Bir müddət əvvəl Hamlet Abdullayevin ona zəng edərək odlu silah almaq istədiyini, buna görə ona borc pul lazım olduğunu dediyini, onun isə Hamlet Abdullayevə 200 ABŞ dolları pul göndərdiyini yadına salıb, Gəncə şəhərinə gedib dostu Hamlet Abdullayevlə görüşüb. Azərbaycanda hakimiyyət nümayəndələrinə qarşı partizan müharibəsinə hazırlaşmaq barədə planlarından danışıb sonuncudan onun üçün odlu silah tapmasını xahiş edib.

İstintaq materiallarından sitat: "Hamlet Abdullayev mənə bir ədəd "Kalaşnikov” tipli avtomat verdi. Həmin avtomatı Gəncə şəhər bazarından aldığı uzun formalı sellofan torbaya paltarlarının arasında büküb mikroavtobusun arxa saxlanc yerinə qoymaqla Bakıdakı evimə gətirdim. Qurduğumuz plan üzrə silah tapmaq, Eldar Orucovun Azərbaycana maneəsiz gəlmək barədə hissəsi yerinə yetirilsə də, partizan müharibəsi üçün qruplaşmala adam toplamaq, maliyyə dəstəyi almaq məqsədi ilə növbəti gün Eldar Orucovla birlikdə metronun «Elmlər Akademiyası» stansiyasının yanına getmişəm. Eldar Orucov aşağıda köhnə dostunun gözlədiyini və onunla görüşmək istəməsi barədə deməyi tapşırdım. Həmin gün mən və Azər Əliyev Eldar Orucovun anasının yaşadığı evdə gecələdik. Növbəti gün Eldar Orucov onun tanımadığı tanışları ilə görüşəcəyini bildirib məndən ayrıldı. Bir qədər sonra yanıma məyus şəkildə gəlib Rusiyadan Azərbaycana böyük ümidlərlə gəldiyini, lakin ağız açdığı adamlardan heç kimin ona kömək etməyə razılıq vermədiyini, Mahir Əzizovun anasının onlar barədə hüquq-mühafizə orqanlarına şikayət edə biləcəklərini əsas gətirərək hamılıqla Rusiyaya qayıtmalı olduqlarını dedi. Buna görə, Eldar Orucovla mübahisə edib ayrılmışam. Daha sonra Cavad Nəcəfi ilə birlikdə Gəncə şəhərinə qayıtmışam, Hamlet Abdullayevdən götürdüyüm silahları özünə qaytarmışam. Bir neçə gün sonra Moskva şəhərinə, ailəmin yanına qayıtmışam. 2014-cü ildə Eldar Orucov könüllü olaraq Ukraynaya gedərək ruslar tərəfindən döyüşlərdə iştirak etməyə başlayıb, mən isə 2016-cı ilə qədər Moskva şəhərində öz işlərim ilə məşğul olmuşam".
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cinayət, Dosye
Xanlar Vəliyev mövqeyini niyə dəyişdi? - BİR ZAMANLAR "TƏRTƏR İŞİ"Nİ "NAĞIL" ADLANDIRMIŞDI
-
Manşet, Cinayət, Dosye
Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - TÜRKİYƏDƏ HƏBS OLUNAN 6 NƏFƏRLƏ BAĞLI MÜƏMMA
-
Sənəd, Manşet, Cinayət, Dosye
Bakıda torpaqları zəbt edən saxta əlil dəstəbaşının ŞOK cinayət dosyeləri üzə çıxdı
-
Manşet, Cinayət, Dosye
Rövşən Əkbərovu qətldən sonra Kiyevdən qaçıran diplomat haqda müəmma
-
Manşet, Cinayət, Dosye
"Hərbi prokurorluqda demişəm ki, Elçini Rövşən Əkbərov öldürüb!" - Baş redaktor 19 ildir qətldən xəbərdar imiş...
-
Manşet, Cinayət, Dosye
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər
-
Manşet, Cinayət, Dosye
Azərbaycanı silkələyən cinayət DOSYESİ: Yunis Səfərovun gizli saxlanılan etirafları - II HİSSƏ
-
Manşet, Cinayət, Dosye
Azərbaycanı silkələyən cinayət DOSYESİ: Yunis Səfərovun gizli saxlanılan etirafları - I HİSSƏ
-
Manşet, Cinayət, Dosye
General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."