Azərbaycanı silkələyən cinayət DOSYESİ: Yunis Səfərovun gizli saxlanılan etirafları - I HİSSƏ

20 Fevral 2020, 13:37
20 Fevral
2020
13:37
4095
Artıq bir neçə gündür Elmar Vəliyev Gəncə şəhərinin icra başçısı olarkən onu güllələyən Yunis Səfərovun məhkəməsi başlayıb. Məhkəmə media nümayəndələri və ictimaiyyət üçün açıq deyil. Məhkəmənin elə ilk vaxtlarında Y.Səfərov ölkənin tanınmış simaları olan aktyorlar Bəhram Bağırzadə və Tahir İmanovun, yazıçı Çingiz Abdullayevin məhkəməsinə gəlməsini, məhkəmədə səsləndirəcəyi fikirlərin həmin adamların yaradıcılığı üçün material olacaöını istəyib. Lakin məşhur simalar Y.Səfərovun çağırışına hələlik heç bir reaksiya verməyiblər. Y.Səfərov hələlik məhkəmədə sərbəst ifadə verməyib.
Criminal.az Azərbaycanı silkələyən cinayət hadisəsinin, onu törədən şəxsin fikirlərə ictimai marağı nəzarə alaraq istintaq materiallarını əldə edib. Y.Səfərovun istintaqa verdiyi ifadəni ixtisarla təqdim edir:
Y.Səfərov ibtidai istintaqa ilkin ifadəsində bildirib ki, Gəncə şəhərində anadan olsa da, 1996-cı ildə atası Rafiq Səfərov, anası Leyla İsmayılova və bacısı Lalə Səfərova ilə birlikdə Rusiyanın Tula vilayətinin, Yefremov şəhərinə köçüb kirayədə yaşayıb. Anası orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə işləyib, 10-15 il əvvəl atasından boşanıb Moskva şəhər sakini, şahmat müəllimi Serqey Sazonov adlı şəxslə rəsmi nikaha daxil olub. Son beş ildən artıq müddətdə Rusiyanın Federal Təhqiqatlar Xidmətinin Akademiyasında Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyir, maddi cəhətdən ona köməklik göstərmir, avtomobil ustası olan atası Rafiq Səfərov isə işləmir.

"Azərbaycan hakimiyyətinə qarşı fikirlərimi bölüşmüşəm"
Y.Səfərovun istanq ifadəsindən: "Özüm bacım ilə birlikdə orta məktəbdə təhsil almağa başlamışıq. Bir müddətdən sonra ailəmiz Moskvanın Xoroşevo-Mnevniki rayonu, Demyan Bednıy küçəsi, bina 18, korpus 3, mənzil 80 ünvanında yerləşən Aleksandr Vasilyeviç adlı yaşlı, ailəsi olmayan şəxsə məxsus 1 otaqlı evdə qalmaqla ona ev işlərində köməklik göstərmişəm. Gəncə şəhərində yerləşən evimizi Aleksandr Vasilyeviçin qaldığı ev ilə dəyişmişik.
2001-ci ildə Aleksandr Vasilyeviç ölümündən əvvəl yaşadığı evi Rafiq Səfərova vəsiyyət edib, həmin vaxtdan etibarən həmin evdə yaşamağa başlamışıq. Orta təhsilimi bacım ilə birlikdə 2003-2007-ci illərdə Moskva şəhərindəki 157 saylı orta məktəbdə almışam. Həmin ərəfədə məktəbdə "Azərbaycan tarixi” adlı dərnək açmışam, dərnəyə məktəbdə oxuyan azərbaycanlı şagirdlər, həm də digər yerdən azərbaycanlı gənclər toplaşıb mənə qulaq asıbdı. Adı "Azərbaycan tarixi” olsa da, həmin dərnəkdə gənclərə Azərbaycan üçün nə edə biləcəklərini izah etmişəm, Azərbaycan hakimiyyətinə qarşı fikirlərimi bölüşmüşəm.
Bacım ilə eyni sinifdə təhsil alan Əzizov Mahir Əziz oğlu ilə tanış olmuşam. O, mənimlə həmfikir olub və aramızda dostluq münasibətləri yaranıb. Orta məktəbi bitirdikdən sonra valideynlərimin istəyi ilə 2000-ci ildə Moskva Pedoqoji Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə ödənişli təhsilə qəbul olunmuşam, II kursdan etibarən İslam dini ilə maraqlanmağa başlamışam, coxsaylı dini ədəbiyyat oxumaqla şiə məzhəbi üzrə ibadətlə məşğul olmuşam. İlk vaxtlarda Moskva şəhəri, Mir (Sülh) prospektində yerləşən məsciddə ibadət etmişəm".

"Həmin şəxsin mərhum Rövşən Cavadovun oğlu olduğunu bilmişəm"
İstintaq ifadəsindən məlum olur ki, Y.Səfərovun Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovun oğlu Laçın Cavadovla əlaqəsi olub: "2003-cü ildə Moskva şəhərində azərbaycanlılardan ibarət diaspor təşkilatının tədbirində iştirak etmişəm. Orada bir nəfərin Azərbaycan haqqında danışıqları xoşuna gəldiyindən onunla tanış olaraq həmin şəxsin mərhum Rövşən Cavadovun oğlu Laçın Cavadov olduğunu bilmişəm. Laçın Cavadov mənə Moskva şəhərində gənclər təşkilatı yaratmaq fikrində olduğunu deyib, .Mən də Laçına dəstək olacağımı bildirmişəm. 2003-cü ildə Laçın Cavadov vəfat edib".

"Elmar Vəliyevlə bağlı planlarım barədə Mahir Cavadovun oğluna heç nə danışmamışam"
Y.Səfərovun ifadəsindən sitat: "2004-cü ilin xatırlamadığım ayında mərhum Fazil Lənkəraninin İranda yerləşən ofisinin maddi dəstəyi və Mir prospektində yerləşən məscidin Hacı Asif adlı axundunun təşkilatçılığı ilə 10-15 nəfər azərbaycanlı ilə birlikdə Moskva şəhərinin "Şeremetyevo-2” hava limanından birbaşa reyslə ilk dəfə İrana getmişəm. 2005-ci ildə dostum Salahov Ceyhun İsrayıl oğlunun vasitəsi ilə Moskvada Araz Ağalarova məxsus ticarət mərkəzində işləyən Gəncə şəhər sakini Mustafayev Rasim Hafis oğlu ilə tanış olmuşam və aramızda möhkəm dostluq münasibətləri yaranıb. Rasimlə birlikdə məscidlərdə şiə məzhəbi üzrə ibadətlə məşğul olmuşuq. Moskvada camaat yığıncaqlarında şiə təriqətini rus dilində fəal şəkildə təbliğ etmişəm.
2005-ci ildə ali təhsilimi bitirib diplom aldıqdan dərhal sonra Moskva Müəllimlərin Təkmilləşdirilməsi üzrə Pedoqoji Akademiyasının aspiranturasına qəbul olunmuşam və 2007-ci ildə oranı bitirib Rusiyada hərbi xidmətə çağırılsa da, təhsili ilə bağlı möhlət almışam. 27 yaşım tamam olduqdan sonra hərbi xidmətə çağırılmamışam, hərbi xidmətdə olmamışam. Moskva şəhərində Laçın Cavadov vasitəsi ilə Bakının Xətai rayonunun sabiq prokuroru Mahir Cavadovun oğlu Maqsud Cavadovla tanış olmuşam. Onunla mütəmadi olaraq "E-mail” vasitəsi ilə əlaqə saxlamışam.
2007-ci ilin sentyabr ayında Maqsudla birlikdə İranda ziyarətdə olmağı planlaşdırmışıq. Bununla əlaqədar 2007-ci ilin sentyabr ayının 17-20-də İranın Qum şəhərində olarkən orada Maqsud Cavadovla görüşüb Məşhəd şəhərinə getmişəm və yenidən Qum şəhərinə, oradan da Azərbaycana qayıtmışam. Həmin ərəfədə Elmar Vəliyevi tanımadığına görə onun barəsində planları və Suriyada hərbi təlim keçmək barədə Maqsud Cavadovla heç nə danışmamışam".
Y.Səfərov 2008-ci il dekabrın 4-də əvvəlcədən razılaşdırdıqları kimi, Maqsud Cavadovla görüşüb və ziyarətgahlara baş çəkmək məqsədi ilə İranaa tək gedib. 2007-ci ildə "e-mail” vasitəsi ilə əlaqə saxlayarkən Maqsud Cavadov Yunidə "Azdiaspora” adlı forum açıldığını bildirib oraya üzv olmasını məsləhət bilib. O da həmin forumda "Muslim” logini ilə qeydiyyatdan keçib fəal şəkildə iştirak edib, logininə Fidel Kastronun şəklini qoyub.

"Həmin söhbətə qulaq asdıqca törədəcəyim cinayətləri reallaşdırmağa daha çox can atmağa başlamışam... "
İstintaq ifadəsi: "Fidel Kastro inqilab edərək Kuba dövlətini Amerikadan ayırdığına, zülmə qarşı mübarizə aparan insan olduğuna görə onun ideyası ilə yaşayaraq şəxsiyyətinə rəğbətlə yanaşmışam, özümü onun kimi hiss etmişəm. Fidel Kastro kimi mən də Azərbaycanda inqilab etməklə hakimiyyəti devirməyi qarşıma məqsəd qoymuşam. "Azdiaspora” adlı forumunda əsasən Azərbaycan hakimiyyətinə qarşı müxalif yönümlü fikirlər paylaşılıb, Azərbaycanda gedən siyasi proseslər müzakirə olunub, mən də həmin forumda Azərbaycan hökumətinə qarşı öz fikirlərimi bölüşmüşəm. Həmin forumu mütəmadi olaraq izləyərək yazışmalar aparmışam, bir neçə aydan sonra həmin forumun yaradıcısı, logini "O.Eldar” olan Orucov Eldar Zubeyr oğlu ilə forumda tanış olmuşam.
Eldar Orucov forumda yazışmalarında Azərbaycan hakimiyyətinin devrilməli olmasını, Azərbaycanda inqilabın labüdlüyünü bildirib. Onun dedikləri xoşuma gəldiyindən Eldar Orucovla real həyatda tanış olmağı qərarlaşdırıb görüşməyi təklif etmişəm. Eldar Orucovla Moskva şəhərində A.S.Puşkinin heykəlinin yanında görüşmüşəm. Eldar Orucov özünün həyatından danışarkən məlum oldu ki, 1990-cı illərdə Qarabağ müharibəsində, sonra da Rövşən Cavadovun "OMON” dəstəsində fəal iştirak edib, daha sonra həbs edilib, azadlığa çıxdıqdan sonra Moskva şəhərində hüquq təhsili üzrə ixtisaslaşmış, hüquq müdafiəsi şirkətinə rəhbərlik edib.

Eldar Orucovla bir qədər söhbət etdikdən sonra forumda Azərbaycanda hakimiyyətin dəyişilməli olması, inqilab barədə xeyli adam yazsa da, heç kəsin fəal hərəkət etməməsinin səbəbini soruşdum, Eldar Orucov isə "profilinə Fidel Kastronun şəklini qoyan adam mənə belə bir sual verməz”- cavabını verdi. Bundan sonra ona Azərbaycanda inqilabın labüdlüyündən, yalnız silahlı inqilab yolu ilə hakimiyyəti devirib yeni hökumət qurmaqdan, Fidel Kastronun və Çe Gevaranın inqilablarından danışmışam, həmin söhbətə qulaq asdıqca içimdə gizli saxladığım Azərbaycan hakimiyyətinə qarşı nifrəti, hakimiyyəti devirmək istəyi onda daha da güclənib, törədəcəyim cinayətləri reallaşdırmağa daha çox can atmağa başlamışam. Eldar Orucov özünün Azərbaycana gələ bilmədiyini, gələcəyi təqdirdə həbs edilə biləcəyi qorxusunun olduğunu demişdi".
ARDI VAR
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Cinayət, Dosye
Azərbaycanı silkələyən cinayət DOSYESİ: Yunis Səfərovun gizli saxlanılan etirafları - II HİSSƏ
-
Manşet, Cinayət, Dosye
Azərbaycanı silkələyən cinayət DOSYESİ: Yunis Səfərovun gizli saxlanılan etirafları - I HİSSƏ
-
Manşet, Cinayət, Dosye
General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."
-
Manşet, Cinayət, Dosye
"Hacı Məmmədovun Rövşən Əliyevi öldürməsini prokurorluğun rəhbərliyi 2003-cü ildə bilirdi"
-
Manşet, Cinayət, Dosye
Bakıda tanınmış modelyeri girov saxlayan şəxs İlham Əliyevin sabiq köməkçisinin qardaşı oğlu imiş...
-
Manşet, Cinayət, Dosye
''Kontr-admirala qarşı açılan saxta cinayət işi ağır dövləti cinayətdir'' - Ərəstun Oruclu bloqunda sifarişçini göstərib
-
Manşet, Cinayət, Dosye
Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında
-
Manşet, Cinayət, Dosye
Keçmiş nazir müavini Mirzəyevin bacısı və yeznəsinin müəmmalı qətli: istintaqı Baş Prokurorluq aparacaq
-
Manşet, Cinayət, Dosye
“Ziya Bünyadovun xanımına dedim ki, Tahirə xanım, sənin ərini bax, bu adamlar öldürüb” – FOTO