Azərbaycanda qadının başçılıq etdiyi narkomafiya ifşa olundu - NARKOTİKLƏRİ İNTERNET ÜZƏRİNDƏN SATIBLAR, PULLARI KRİPTOVALYUTA İLƏ ÖLKƏDƏN ÇIXARIBLAR...

21 Sentyabr 2021, 14:21
21 Sentyabr
2021
14:21
1516
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sosial şəbəkələrdə onlayn narkotik satan daha bir şəbəkəni ifşa edib. Məlum olub ki, bu mütəşəkkil qruplaşma narkotik maddələri sosial şəbəkələr üzərindən satıb, əldə olunan pulları isə kriptovalyuta ilə ölkədən çıxarıb. Üstəlik mütəşəkkil qruplaşmaya rəhbərlik edən qadındır.
DİN Mətbuat xidmətinin yaydığı məlumatda görə, şəbəkəni idarə edən qadın və 19 üzvü saxlanılıb.
İfşa edilən şəbəkənin ölkə daxilində narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitinə nəzarət etdiyi məlum olub.
"İnstagram" və digər sosial şəbəkələr vasitəsilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur.
Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.
Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar.
Yəni, həmin narkotacirlərin "Whatsapp" ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar.

İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.
Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıb.
Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.
Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.
Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1(mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Cinayət
İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - SENSASİON TƏFƏRRÜATLAR
-
Manşet, Foto, Video, Cinayət
Azərbaycanda qadının başçılıq etdiyi narkomafiya ifşa olundu - NARKOTİKLƏRİ İNTERNET ÜZƏRİNDƏN SATIBLAR, PULLARI KRİPTOVALYUTA İLƏ ÖLKƏDƏN ÇIXARIBLAR...
-
Manşet, Foto, Video, Cinayət
Şəmkirli Laçın Məmmədovun qətli: killer Varşavadan gəlib...
-
Manşet, Foto, Video, Cinayət
Böyük cinayətə adı qarışan Zeynəb Xanlarovanın bacısı oğlu gizlincə azadlığa buraxıldı
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Foto, Video, Cinayət
Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" da saxlanıldı
-
Manşet, Foto, Video, Cinayət
"Maska" əməliyyatında tutulan şəxs məşhur apteklər şəbəkəsinin baş direktorunun əridir
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi