Azərbaycanda psixotrop dərmanlardan istifadə edən məhkəmə hakimi kimdir?

Azərbaycanda psixotrop dərmanlardan istifadə edən məhkəmə hakimi kimdir?
Загрузка...
Jurnalist İlkin Muradov məhkəmə hakimi ilə bağlı olduqca sensasion status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik:
"Bakı Ağır Cinayətlər Məhkəməsində iki hakim var ki, onların çox ciddi şəkildə psixi problemləri var. Onların işlərə baxması, ağır cinayətlərdə hökm çıxarması yolverilməzdir. 10 dəqiqə davranışlarına baxsanız, dəli olmaları barədə sizdə fikir formalaşacaq. Onlardan birinin güclü təsir edici psixotrop dərmanlardan istifadə etməsi, hansı aptekdən alması barədə dəqiq məlumat var. İnsanların taleyi belələrinin əlindədir".
Criminal.az olaraq həmin hakimin kimliyi ilə bağlı araşdırma aparırıq. Əldə etdiyimiz məlumatı oxuculara təqdim edəcəyik.
Hüquqşünas Aslan İsmayılov Criminal.az saytına bildirdi ki, məhkəmə hakimlərinin narkoloji yoxlamadan keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində heç bir prosedur yoxdur.

Загрузка...
Загрузка...

Xəbər lenti