Azərbaycanda koronavirusdan ölənlərin sayı 50-ni ötüb

Azərbaycanda koronavirusdan ölənlərin sayı 50-ni ötüb
Загрузка...
 Daha 2 nəfər ölüb, 78 nəfər sağalıb
Mayın 27-də Azərbaycanda 165 nəfər koronavirusa yoluxub. 78 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər ölüb. Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən şəxslərin 1949 və 1957-ci il doğumlu olduqlarını bildirib.
Operativ Qərargah Azərbaycanda hazırda 4568 nəfərin koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb. Onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər ölüb, 1617 nəfərinsə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin səhhəti stabildir. Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 testin aparıldığını bildirib.

Xəbər lenti