Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
Загрузка...
Azərbaycanda 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Operativ Qərargahdan daxil olan məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Azərbaycanda koronavirus infeksiyasına yoluxan 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalaraq evə buraxılıb.
Operativ Qərargahdan daxil olan məlumata görə, hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbər lenti