Azərbaycanda koronavirusa yoluxanların sayı 602-ə çatıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 602-ə çatıb
Загрузка...
 Naxçıvanda yoluxan 18 nəfərdən biri sağalıb və evə buraxılıb, 17 nəfər isə xüsusi rejimli xəstəxanada müalicə alır. Azərbaycanda daha 18 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib. Bununla da Azərbaycanda ümumi yoluxanların sayı 602-ə çatıb.
Məlumata görə, koronavirus testinin cavabları müsbət olan 18 nəfərdən biri sağalıb və evə buraxılıb, 17 nəfər isə xüsusi rejimli xəstəxanada müalicə alır.
Səhiyyə rəsmiləri infeksiyaya yoluxanların Naxçıvan daxilində vətəndaşların bir-birindən, yoxsa xarici ölkələrdən gətirilən azərbaycanlılar olması barədə suala cavab verməyib. Naxçıvanda 2896 nəfər karantində saxlanılır. Onlardan 536-sı Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir, Naxçıvan Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Hazırda Azərbaycanda ölənlərin sayı 7 nəfərə çatıb, ümumi sağalanların sayı isə 33-dir. Aktiv koronavirus xəstələrinin sayı isə 562 nəfərdir.
Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Xəbər lenti