Azərbaycanda həbs edilən Marat Ueldanov Rusiyaya aparılıb

Azərbaycanda həbs edilən Marat Ueldanov Rusiyaya aparılıb
Загрузка...
Ermənistan və Rusiyanın bəzi mətbuat orqanları onun erməni olduğu üçün həbs edildiyini yazırdı
2016-cı ildə Bakıda həbs edilən Rusiya vətəndaşı Marat Ueldanov (Qalustyan) Rusiyaya aparılıb. Bu barədə "Sputnik-Armeniya" M.Ueldanovun bacısına istinadən məlumat yayıb. Milliyyətcə erməni olan M.Ueldanov Azərbaycan CM-in 234.4.3-cü maddəsi (narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittihamı olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi.
Saxlandıqdan sonra Ermənistan və Rusiyanın bəzi mətbuat orqanları M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən onun erməni olduğuna görə həbs edildiyini yazdılar. Bu ilin yanvarında RF XİN rəhbəri Sergey Lavrov ümidvar olduğunu bildirmişdi ki, Azərbaycanla danışıqlar nəticəsində Marat Ueldanov-Qalustyan Rusiyaya veriləcək. ("Turan” İA)
Marat Ueldanov əslən Bakıdandır, 2015-ci il Avropa Oyunlarında xidmət göstərən Avstriya şirkətinin işçisi kimi dəfələrlə Azərbaycanda olub.
Загрузка...
Загрузка...

Xəbər lenti