Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Ramil Usubov daha bir rəisi işdən çıxartdı

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

Criminal.az azvision.az-a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılov tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab İsmayılov bundan öncə Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub və nazirin 2010-cu ildə verdiyi müfaviq əmrlə Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəisi təyin edilib.

Criminal.az

Xəbər lenti