Azərbaycanda daha 44 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi, 74 nəfər sağaldı

Azərbaycanda daha 44 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi, 74 nəfər sağaldı
Загрузка...
 Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Operativ Qərargahdan daxil olan məlumata görə, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.

Xəbər lenti