Azərbaycanda daha 30 nəfər virusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda daha 30 nəfər virusa yoluxub, 2 nəfər ölüb
Загрузка...
Müalicə olunanlardan 28 nəfərinin vəziyyətinin ağır olduğu deyilir
Aprelin 16-da Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər isə ölüb. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.
Operativ Qərargah Azərbaycanda 1283 nəfərin koronavirus infeksiyasına yoluxduğunu, onlardan 460 nəfəri müalicə olunaraq sağaldığını, 15 nəfərin öldüyünü, 808 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicə aldığını bildirib: "Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Xəbər lenti