Qoca cibgir: "Təkcə qadınlardan oğurluq etmişəm"

Qoca cibgir:
Загрузка...

Tovuzda 67 yaşlı cibgir qadın saxlanılıb.  Müxtəlif  rayonlarda, həmçinin Rusiyada bir neçə dəfə oğurluq edərək saxlanılan Gəncə sakini Güleydə Manafovanın sonuncu qurbanları Tovuzda Zərnigar Museyibova və Nüşabə İsmayılova olub. Cibgir adıçəkilən qadınların 170 manat nağd pulunu, mobil telofonunu və açarlarını götürərək, aradan çıxmağa çalışsa da, Tovuz polisi buna imkan verməyib. 

Criminal.az Region TV-uə istinadən xəbər verir ki, 2 övlad anası olan Güleydə Manafova bu günə qədər yalnız xanımlardan oğurluq etdiyini bildirib: "Kartof almaq üçün pulu cibindən çıxaranda gördüm. Əlimi cibinə salıb götürdüm. Bu günə kimi təkcə qadınlardan oğurluq etmişəm".  

 Faktla bağlı araşdırmalar davam etdirilir.

Criminal.az

Xəbər lenti