Gəncədə məktəbli qız döyüldü

Gəncədə məktəbli qız döyüldü
Загрузка...

Gəncə şəhərində 14 yaşlı məktəbli döyülüb.

APA-nın məlumatına görə, hadisə şəhərin yaxınlığında salınan Kəlbəcər Yeni yaşayış massivində qeydə alınıb. Kəlbəcər rayon 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Fidan Məmmədova kəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Anasının dediyinə görə, qızı bir neçə nəfər naməlum şəxs tərəfindən məktəbin qarşısında dəmir parçası ilə döyülüb. Məktəblinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Criminal.az

Xəbər lenti