Azərbaycanda: 588 yoluxma, 7 ölüm

Azərbaycanda: 588 yoluxma, 7 ölüm
Загрузка...
346 nəfər müalicə olunaraq sağalıb
İyulun 1-də Azərbaycanda 588 adam COVİD-19 infeksiyasına yoluxub, 346 nəfər müalicə olunaraq evə buraxılıb, 7 xəstə isə ölüb. Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda indiyə qədər 18 112 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 pasient ölüb, 7831 adam hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunur”
Eyni zamanda, bu gün 6682 koronavirus testi aparıldığı qeyd edilib: "Ötən müddət ərzində 488 min 852 test aparılıb”.

Xəbər lenti