Azərbaycanda: 248 koronavirusa yoluxma, 2 ölü

Azərbaycanda: 248 koronavirusa yoluxma, 2 ölü
Загрузка...
101 nəfər müalicə olunaraq evə buraxılıb
Mayın 31-də Azərbaycanda koronavirus infeksiyasına daha 248 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər ölüb. Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən xəstələrin 1956 və 1960-cı il doğumlu olduğunu qeyd edib.
Operativ qərargah bildirib ki, Azərbaycanda hazırda 5494 nəfərdə koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 xəstə ölüb, 2003 pasientin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 testin aparıldığını qeyd edib.

Xəbər lenti