Azərbaycanda 2 qardaş spirtdən öldü

Azərbaycanda 2 qardaş spirtdən öldü
Загрузка...
 Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb. APA-nın məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında aldıqları metil spirtini içiblər.
Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti