Azərbaycana yenicə gəlmiş avtoriteti kim qətlə yetirib? – QATİLİN KİMLİYİ HAMINI MAT QOYDU

Azərbaycana yenicə gəlmiş avtoriteti kim qətlə yetirib? – QATİLİN KİMLİYİ HAMINI MAT QOYDU
Загрузка...
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxsin güllələnərək qətlə yetirilməsi hadisəsinin kim tərəfindən törədilməsi məlum olub. Publika.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində noyabrın 25-nə keçən gecə saat 01 radələrində 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun qardaşı oğlu tərəfindən maşınında güllələnərək öldürülməsi üzə çıxıb.
Məlum olub ki, 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əvvəlcədən planlaşdırdığı şəkildə əmisinə maşınında baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. 22 yaşlı oğlanın əmisini hansı səbbədən qətlə yetirməsi hələlik tam dəqiqləşməyib.
Bildirilir ki, qətlə yetirilən Oktay Əkbərov kriminal aləmə yaxın şəxs olub.
O, 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O.Əkbərov uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış. 
Загрузка...
Загрузка...

Xəbər lenti