Azərbaycana toy tutularkən Əli Hüseynli toyda Azərbaycana toy tutularkən Əli Hüseynli toyda

Azərbaycana toy tutularkən Əli Hüseynli toyda
Загрузка...
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin 1 fevral toplantısında müxalifəti hədəfə almışdı. Əli Hüseynli ad çəkməsə də Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri və Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidovu ittiham edib: "Azərbaycanda bu qədər çox şəhid olmasının səbəbkarları 1992-ci ildə hakimyyətdə olanlardır. Əgər onlar – o zaman ki parlament sədri və daxili işlər naziri heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı. Baxmayaraq ki, Naxçıvan həm Ermənistan, həm də o zaman Azərbaycanda hakimiyyətdə olanlar tərəfindən blokadaya alınmışdı, sovet qoşunları Naxçıvandan çıxarılmışdı, Heydər Əliyev Naxçıvanı qorudu. Onlar isə heç öz kəndlərini, rayonlarını qoruya bilmədilər”. O deyib ki, minlərlə insan fərari olmuşdu, Heydər Əliyev hakimiyyətə döndükdən sonra o şəxslər barədə əfv fərmanı verildi, hamısı yenidən döyüşə qayıtdı, çoxları qəhrəmanlıq nümayiş etdirdi.
Deputatın fikirlərinə AXC hakimiyəti zamanı daxili işlər naziri vəzifəsini daşıyan İsgəndər Həmidovun cavabı sərt oldu. Sabiq nazir Meydan TV-yə deyib ki, o, Əli Hüseynlini savadlı və informasiyalı adam kimi tanıyırmış, görünür, səhv olub: "Görünür, bunlar Heydər Əliyevin azsavadlı nəvələrindəndir. Füzuli rayonu işğal olunanda nə İsa bəy, nə İsgəndər Həmidov vəzifədəydi. Rayon işğal olunan zaman Azərbaycanda prezident səlahiyyətlərini Heydər Əliyev daşıyırdı”.
İ.Həmidov vurğulayıb ki, müharibədə şəhid olar. "Bizim hakimiyyət zamanı müharibə gedirdi, ona görə əsgərin şəhid olması təbii idi. Nəticədə həmin müharibə zamanı Şaumyan rayonunu boşaldıb Ağcakənd etdik, yaxud Ağdərəni işğalçılardan təmizlədik. Nəhayət, Əli Hüseynli hərbi xidmətdə olubmu, özünə bu sualı versin. Şəhidlərin də dərdini çəkmək ona qalmayıb. Çünki fərari nə bilir Vətən uğrunda döyüşüb şəhid olmaq nə deməkdir?!”.
Bu arada sosial şəbəkələrdə Ə.Hüseynlinin 1993-cü ilin iyun ayında keçirilən toylardan birindən videosu yayılıb. Toy 1993-cü il iyunun 10-a təsadüf edir. Həmin vaxt Qarabağda qızğın döyüşlər gedirdi, Gəncə qiyamı 6 gün əvvəl baş vermişdi. Ə.Hüseynli isə "İdeal" qəzetinin baş redakoru Nazim Qulievlə rəqs edir. İddia olunur ki, həmin video Nazim Quliyevin toyunda çəkilib.
Xatırladaq ki, Nazim Quliyev bir neçə ildir həbsdədir.
Загрузка...
Загрузка...

Xəbər lenti