Fəxrəddin Abbasov Bakıya gətirildi - HƏBSXANADAN YOXA ÇIXIB

Fəxrəddin Abbasov Bakıya gətirildi - HƏBSXANADAN YOXA ÇIXIB
Загрузка...
Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə ekstradisiya olunub. Bu barədə mühacirətdə olan jurnmalist Fikrət Hüseynli məlumat paylaşıb. 
F.Hüseynli qeyd edib ki, Rusiya Federadiyası, Moskva Vilayət hüquq-mühafizə orqanlarındakı səlahiyyətli şəxsin sözlərinə görə, ötən il seperatçılıqda günahlandırılaraq İnterpol axtarışına verilib. Həbs edilən Faxrəddin Abbaszadə (Фахраддин Абосзода) dünən xüsusi reyslə Azərbaycana ekstradisiya olunub. Onu Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları müşayət ediblər və Abbaszadənin hazırda DTX-nın təcridxanasında saxlanıldığı bildirilir.
Məlumat üçün bildirək ki, Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub. Rusiya KİV-i ötən ilin sentyabrında məlumat yayıb ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib. Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.
O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir. Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi Arif Babayev Criminal.az saytına bildirdi ki, F.Abbaszadənin ekstradisiya olunması barədə məlumatı yoxdur. 
Bu arada qeyd edək ki, Rusiyanın regnum.ru saytı da F.Abbaszadənin "Kolomno" həbsxanasından yoxa çıxması barədə xəbər yayıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti