Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI

17 Fevral 2021, 23:05
17 Fevral
2021
23:05
203
Keçən il iyulun ortalarında hərbi vəziyyət gərginəşəndə "BİZ" platformasında müzakirələrdə demişdik ki, bu, artıq hibrid müharibədir və belə müharibəni Ermənistan kimi dövlət apara bilməz, çünki o, belə savaş üçün zəruri olan resurslara malik deyil. Ermənistan bu müharibəni aparan Rusiyanın əlində alətdir.
Hibrid müharibə nədir?
Bu başdan deyim ki, müasir müharibələrin hamısı hibrid müharibə sayılır və belə müharibə hərbi güc vasitəsilə açıq müdaxilədən savayı düşmənə qarşı eyni zamanda həyata keçirilən diversiyaları, iqtisadi və hərbi sabotajı, informasiya müharibəsini, kibermüharibəni, siyasi, psixoloji və s. təsirləri əhatə edir.
Azərbaycana qarşı müharibə hələ bitməyib və ordumuzun hərb meydanındakı qələbəsini gözləmədiyindən pat vəziyyətinə düşmüş düşmən hibrid müharibənin digər komponentlərini işə salıb. Atəşkəsdən sonra ordumuzun nəzarət etdiyi ərazilərə erməni diversantları yollasa da onun bu addımı da effekt vermədi.
Guya "sülhməramlı" missiya həyata keçirən düşmən missiyanın tələblərinə heç cür uyğun olmayan fəaliyyət növlərilə məşğul olmaqla yanaşı, əsas öhdəliklərini sabotaj edir.
Azərbaycandan əsir götürülmüş erməni diversantların azad ediləməsini tələb edir, amma bizə minalanmış sahələrin xəritəsinin verilməsini təmin etmir.
Etməli də deyil, çünki onun başlıca məqsədi növbəti mərhələdə Azərbaycan Ordusuna uğursuzluq təmin etməkdir. Bu mənada hərbçilərimizin və mülki şəxslərin tez-tez minaya düşməsi xof yaradan amillərdən biridir.

Ərəstun Oruclu
Müharibənin növbəti mərhələsi isə qaçılmazdır və bunun üçün bir neçə səbəbi demək kifayət edər:
Əvvəla, Rusiya Qarabağa daxil olmaqla strateji hədəfinə tam çata bilmədi. Onun başlıca vəzifəsi qoşunlarını yerləşdirmək və onların vasitəsilə Qarabağ ərazisindəki bütün kommunikasiyaları nəzarətə götürmək idi. Azərbaycan Ordusunun uğurlu ildırım sürətli hücumu (blitzkrieg) buna imkan vermədi.
Belə ki, cənub istiqamətində sürətlə irəliləyən ordumuz Azərbaycanın İranla həmsərhəd olan ərazilərini tam nəzarətə götürməklə həm də Rusiyanın Yaxın Şərqə çıxışını təmin etməli olan Cəbrayılı da azad etdi ki, bu da həmin əraziyə sülhməramlı adı altında Rusiya qoşunlarının yeridilməsini mümkünsüz etdi.
Şüşanın azad edilməsi isə təkcə uğurlu hərbi əməliyyat yox, həm də düşmənin öz casuslarının əlilə illərdir dağıtmağa çalışdığı ordumuzun gücünün, döyüş qabiliyyətinin və potensialının mümayişi idi.
Düşmən bunu bizə bağışlaya bilməz, çünki bu həm də onun üzünə tüpürmək idi!
Hələ müharibə dövründə rus hərbi ekspertlərdən birinin "Azərbaycanın geosiyasi vəzifələri həyata keçirmək üçün vacib olan güclü ordusu var" deməsinin ciddi və təhlükəli siqnal olmasını yazmışdım.
Təəssüf ki, ünvanımıza deyilən istənilən xoş sözdən eyforiyaya qapılmaq kimi bir zəifliyimiz var və elə o zaman da çoxları bu xəbərdarlığı qəbul etmək istəmədi, "imkan vermirsiniz qələbənin dadını çıxaraq kimi" emosional ittihamlar səsləndirdi. Düşmən isə hissə qapılmadan öz işini görməkdədir.
Öncə bütün casus şəbəkəsini aktivləşdirərək Rusiya ordusunun Qarabağda yerləşdirilməsinin bizim üçün əlverişli olmasını, "Rusiya onsuz da istədiyini edəcəkdi" və s. bu kimi tezisləri dövriyyəyə buraxdı.
Hələ sovet KGB-si dövründən qalma və müstəqil dövlətdə də yüksək vəzifələr tutmuş təcrübəli agentlər bu işə cəlb olundu.
Onların təbliğatının təsiri altına düşən minlərlə sadəlövh insanın hesabına Azərbaycan cəmiyyəti parçalandı. Ardınca qazilərə və şəhidlərə hörmətsizlik, bundan sonra da Rusiya agenturası yuvası olan hərbi prokurorluğun əlilə ön cəbhədə döyüşmüş hərbçilərə qarşı saxta, əsassız ittihamlar bu dairəni qapadı. 2016-cı ilin təkrarı.
Məsələ bununla da bitmir. Bu günlərdə deputat Vahid Əhmədov rus qoşunlarının ölkəyə gəlməsindən ruhlanan Rusiya 5-ci kolonunun aktivləşməsini dilə gətirdi. Görünür, Vahid müəllim rəsmi şəxs olduğundan 5-ci kolonun Rusiyanın özü tərəfindən aktivləşdirildiyini deməkdən vazkeçdi. Əslində isə belə deyilməli idi.
Başqa amilləri də sadalamaq olardı, amma düşünürəm ki, artıq bunlar necə dərin və çoxşaxəli işləyən bir düşmənlə üz-üzə olduğumuzu anlamaq üçün kifayət edir. Bəli, qarşıdan yeni müharibə gələ bilər və onun bir səbəbi də Putin oğrukratiyasının Rusiyanın daxilində və onun xaricində düşdüyü vəziyyətdir.
İmperiya durmadan dərinləşən böhran içindədir, bndan diqqəti yayındırmağın ən yaxşı yolu isə müharibədir. Ölkənin hüdudlarından kənarda və tam olaraq qələbə vəd edə biləcək bir müharibə bu gün Rusiyaya hava-su kimi vacibdir.
İdealda belə bir müharibə imperiyanın geosiyası maraqlarını da təmin edən kampaniya olmalıdır. Bu isə bizi yenidən hədəfə gətirir. Daha doğrusu, hədəfdə saxlayır.
Bundan bacardıqca qaçmağın yolları və o, baş verəcəyi halda isə nə etmək lazım olduğu haqda isə sabahkı yazımda.
Ərəstun Oruclu
Siyasi şərhçi,
sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbər lenti
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Manşet, Cəmiyyət
“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
Manşet, Cəmiyyət
Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
Manşet, Cəmiyyət
Ata oğlunu DİN əməkdaşı kimi təqdim edib 64 min manat ələ keçirdi – Xətai prokuroruna ilginc müraciət
-
Manşet, Cəmiyyət
“Azərbaycanı növbəti müharibə ilə hədələməyə çalışırlar”
-
Manşet, Cəmiyyət
Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı
-
Manşet, Cəmiyyət
İlginc oğurluqla bağlı baş prokurora müaciət olundu – digər oğru da tutulsun!
-
Manşet, Cəmiyyət
Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb