Azərbaycana əsgər göndərilməsi ilə bağlı layihə TBMM-də

Azərbaycana əsgər göndərilməsi ilə bağlı layihə TBMM-də
Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı Türkiyə Prezident Administrasiyası tərəfindən təqdim edilən layihə Türkiyə Böyük Millət Məclisinə göndərilib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Sənəddə bildirilir ki, əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb. Bundan əlavə, Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur.
Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır. Təqdim olunan sənədə əsasən, Konstitusiyanın 92-ci maddəsinə uyğun olaraq Türkiyə Silahlı Qüvvələrinin bir il xidmət etməsi nəzərdə tutulur. 

Xəbər lenti