"Azərbaycan təxminən 60-65 gün Milli Məclissiz olacaq"

Загрузка...
"Parlamentin buraxılmasında heç bir qanunsuz, qeyri-hüquqi bir şey yoxdur. Çünki buna konstitusiya, qanunlar imkan verir. Ən optimal variant seçdilər. "Bunu nəyə görə etdilər" məsələsini isə uzun-uzadı dartışmaq olar". Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
"Qanunun tələbinə görə, parlament buraxılırsa, yeni seçkilər 60 gün ərzində keçirilməlidir. Bunun üçün isə prezident seçki gününü təyin etməlidir: Bəzi deputatların dilindən belə açıqlamalara rast gəldim ki, onlar yeni Milli Məclisin fəaliyyətə başlamasına qədər hazırkı parlamentin fəaliyyət göstərəcəyini qeyd etdilər. Əslində belə deyil. Qanunvericiliyə görə, deputatların mandatını Mərkəzi Seçki Komissiyası xitam verməlidir. Deputatların mandatına xitam veriləndən sonra onlar təbii ki, deputat kimi fəaliyyət göstərə bilməzlər. Ona görə də Azərbaycan parlament seçkilərinə - yeni parlament formalaşana qədər təxminən 60-65 gün Milli Məclissiz olacaq. Növbədənkənar seçkilərin nə zaman keçirilə biləcəyinə gəlincə, hesablamalara görə seçkilər ya fevralın 9-na, ya da 16-na təyin ediləcək".
Partiya sədri qeyd edib ki, dekabrın 2-də Milli Məclis məsələyə baxıb qərar qəbul etdikdən sonra deputatların mandatının xitam verilməsi məsələsinə MSK baxacaq. "MSK da yəqin ki, məsələni yubatmayacaq və qərarını verəcək. Bundan sonra isə prezident seçkilərin gününü təyin edəcək. Qanunvericiliyin tələbini nəzərə aldıqda və hesablama aparanda belə nəticəyə gələ bilirik ki, seçkilər fevralın ya 9-da, ya da 16-da keçiriləcək. Partiya olaraq seçkidə iştirakın tərəfdarıyıq. Biz seçkidə iştirakın və seçkilər vasitəsilə seçicilərlə təmasın tərəfdarıyıq ki, dinamika artsın, seçi ilə təmaslar sıxlaşsın. Bu baxımdan bütün partiyaları seçkidə iştiraka çağırıram. Seçkilərdə bloklaşma üçün artıq gecdir, lakin funksional əməkdaşlıq imkanları qalır. İradə göstəriləndə ən pis komissiyalarla da demokratik seçki keçirmək mümkündür. Ona görə də seçkilərə getmək vacibdir...".
Загрузка...
Загрузка...

Xəbər lenti