Azərbaycan sərhədçisi şəhid oldu

Azərbaycan sərhədçisi şəhid oldu
Загрузка...
 Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimininin pozulması nəticəsində Azərbaycan əsgəri həlak olub. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, yanvarın 7-də Qa­zax rayonunun Quşçu Ayrım kəndi (Bakıdan 530 kilometr qərb) istiqamətində Ermənistan tərəfdən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəli Fərzəliyev həlak olub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir. Ermənistan mediası isə bu ölkənin müdafiə nazirliyinin mətbuat katibinə istinadən bildirir ki, Azərbaycan tərəfi sərhəddə mühəndis işləri aparmağa cəhd edib və bu zaman Ermənistan hərbiçiləri xəbərdarlıq atəşi açıb. Sonuncu dəfə 2019-cu ilin oktyabrında sərhədin bu istiqamətində insident baş verib. 

Azərbaycanın sərhəd zastavası
Döv­lət Sərhəd Xidmətinin məlumatına görə, Ermənistan tərə­findən açılan atəşlə oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rçu, mülki şəxs Səfərəli Abı­şov güllə yarasından ölüb. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2019-ci ildə Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində döyüş postlarının Müdafiə Nazirliyindən təhvil alındığını bildirib.
"Burada Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. İl ərzində bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 kilometr məsafədə qoruyucu val sədləri və 92 kilometr məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib,” o qeyd edib.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb. ​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb. Münaqişə yalnız Azərbaycanın Dağlıq Qarabağ reginu və onun ətrafındakı rayonları ilə məhdudlaşmır, Azərbaycanın Ermənistanla bütün sərhədi boyunca silahlı insidentlər davam etməkdədir. Qazax rayonu Dağlıq Qarabağdan 350 kilometr məsafədə yerləşir.
Загрузка...
Загрузка...

Xəbər lenti