Azərbaycan şəhidlərin cənazəsini götürə bildi

Azərbaycan şəhidlərin cənazəsini götürə bildi
Загрузка...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağın şimalında yerləşən Talış kəndinin yaxınlığında qoşunların təmas xəttində həlak olan 7 azərbaycanlı şəhidin cənazəsini götürüblər. “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan hərbçiləri aprelin 2-sivə 4-də Talış qəsəbəsi ətrafında iki dəfə düşmənin müdafiəsini yararaq Talışı tuta biliblər. Bu ərazidə xeyli sayda hərbçi həlak olub. Yerli vaxtla saat 15:00-da qoşunların təmas xəttindəki postlardan birinə BQXK-nın hər iki tərəfdən nümayəndələri gəliblər.

BQXK-nın erməni əməkdaşları Azərbaycan tərəfinə təhvil vermək üçün həlak olmuş hərbçilərin cəsədini gətiriblər. Onların vasitəçiliyi ilə Azərbaycan tərəfindən həlak olmuş 6 hərbçinin cəsədi götürülüb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı açıqlamada ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçiriləcəyini söyləmişdi. 

Criminal.az

Xəbər lenti