Azərbaycan səfirinin xanımı Böyük Britaniyada şirkət açıb Azərbaycan səfirinin xanımı Böyük Britaniyada şirkət açıb

Azərbaycan səfirinin xanımı Böyük Britaniyada şirkət açıb
Загрузка...
Azərbaycanın vaxtilə Çexiyadakı, 2014-cü ildən isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə da iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PREVENTS LTD şirkətini təsis edib. Müstəqil jurnalist Cavanşir Həsənli araşdırıb ki, 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR EVENTS LTD adlandırılır. 

Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib. İndi səfir çıxıb izahat verəcək ki, bu lobbiçilik şirkətidir, ictimai əlaqələr və kommunikasiya fəaliyyətilə məşğuldur və s. Amma fərq eləmir, bu kommersiya təşkilatı tipidir, biznes fəaliyyətinə aid olunur və vergi öhdəlikləri yaradır. 

Ülviyyə Tağızadə onsuz da İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir və vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir. Hələ ötən il fevralın əvvəlində Azərbaycanın Çexiyadakı o vaxtkı səfiri Fərid Şəfiyevin də xanımı Ülkər Şəfiyevanın adına şirkət açması barədə sənədlər yayılandan 17 gün sonra o, geri çağırılmışdı. 









Xəbər lenti