Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirilib

Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirilib
Загрузка...
Azərbaycan və Rusiya-nın sərhədyanı rayonlarının ərazisində birgə əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib İyunun 3-dən 10-na kimi Azərbaycan və Rusiya Federasiyasının sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumat görə məlumatda bildirilir ki, iki ölkənin daxili işlər nazirlərinin razılaşması əsasında keçirilən əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsidir. Əməliyyatlar Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax, Oğuz rayonlarını əhatə edib.
Görülən tədbirlər nəticəsində müxtəlif cinayətlərdə ittiham edilərək axtarışda olan 31 şəxs tutulub: "O cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanıb"deyə məlumatda qeyd edilib. Məlumatda bildirilir ki, qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, 36 silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 müxtəlif hərbi ləvazimat və 7 min 716 ədəd müxtəlif çaplı patron götürülüb.
"Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10 min 753 ədəd çətənə kolu məhv edilib. Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib", - məlumatda vurğulanır. İki ölkənin daxili işlər nazirlikləri bundan əvvəl də bir neçə belə əməliyyatlar keçiriblər.
Загрузка...
Загрузка...

Xəbər lenti