Azərbaycan Ordusunun atəş zərbələri: Ermənistanın 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib

Azərbaycan Ordusunun atəş zərbələri: Ermənistanın 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib
 "Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni” motoatıcı alayı darmadağın edilib". Bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb: "Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib".

Xəbər lenti