Azərbaycan Niderlandın ekstradisiya müraciətinə rədd cavabı verdi

Azərbaycan Niderlandın ekstradisiya müraciətinə rədd cavabı verdi
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda hava limanında saxlanılan Gökhan Öztürkün Niderlanda ekstadisiyasıyla əlaqədar Ədliyyə Nazirliyinin təqdimatına baxılıb. Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmədə məlum olub ki, Niderland G.Öztürkün bu ölkənin vətəndaşı olduğunu, onun haqqında 6 aylıq həbs hökmü çıxarıldığını göstərir və onun təhvil verilməsini istəyir.
1981-ci il təvəllüdlü G.Öztürk sentyabrın 11-də Türkiyədən gələrkən hava limanında tutulub. İki gün saxlandıqdan sonra Xəzər Rayon Prokurorluğunun qərarıyla polis nəzarətinə verilib. G.Öztürk məhkəmədə bildirib ki, o, Türkiyə vətəndaşıdır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı, üç övladının anası Niderland vətəndaşıdır. Özü isə orada oturum izni ilə yaşayıb, 2014-cü ildə deportasiya edilib:
"Bu ölkə məni deportasiya edib, o vaxtdan uşaqlarımla mütəmadi görüşə bilmirəm. Ancaq anaları gətirəndə görə bilirəm. Mən depotasiyadan sonra 2016-cı ildə viza və oturum üçün yenidən müraciət etdim, imtina cavabı aldım. Həyat yoldaşım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandıq”.
Məhkəməyə həm Niderland səfirliyindən, həm də Türkiyə səfirliyindən məktub gəlib. Hər iki ölkə Gökhanın o dövlətin vətəndaşı olduğunu iddia edir. Bakı Ağır Cinayətlər Məhkəməsi Ədliyyə Nazirliyinin təqdimatını təmin etməyib və Niderlandın ekstradisiya müraciəti rədd edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti