Azərbaycan əsgəri özünü güllələdi

Azərbaycan əsgəri özünü güllələdi
Загрузка...

Penitensiar Xidmətdə əsgər özünü güllələyib.

Criminal.az PX-yə istinadən xəbər verir ki, dekabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib. Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.  Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Загрузка...
Загрузка...

Xəbər lenti