Azərbaycan dövləti İlqar Məmmədovu azad etməməklə Avropa Şurası qarşısındakı öhdəliyi pozub

Azərbaycan dövləti İlqar Məmmədovu azad etməməklə Avropa Şurası qarşısındakı öhdəliyi pozub
Загрузка...
Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası bu gün, mayın 29-da Azərbaycanla bağlı məzmunca bütün AİHM məkanında yeni olan qərarını açıqladı. Criminal.az xəbər verir ki, bu qərar Real lideri Ilgar Mammadovun işi ilə baglıdır. Qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında qəbul edilib.
AŞNK müraciətində hesab edirdi ki, Azərbaycan hökuməti siyasi fəaliyyətini məhdudlaşdırmaq niyyəti ilə həbs etdiyi siyasətçini AİHM qərarına rəgmən azad etməyib. Bununla Azərbaycan Avropa Şurasındakı öhdəliklərinin pozuntusuna yol verib.
Avropa Məhkəməsinin Böyük Palatası qərar verdi ki, Azərbaycan dövləti siyasətçini azad etməməklə Avropa Şurası qsrşısındakı öhdəliyini (Konvemnsiyanın 46.1-ci maddəsi) pozub. Qərar yekdilliklə qəbul edilib və dərhal qüvvəyə minib. Bu qərarda AİHM qərarları icra edilməyəndə nələr baş verir, kimi suallara aydınlıq gətirilməsinə çalışılır.
Hüquqşünas Xalid Ağali Criminal.az-a bildirib ki, dəqiq bəlli olan budur ki, bundan sonra Rusiya, Türkiyə kimi ölkələrə, qərarların icrasını axsadan ölkələrə qarşı çıxarılacaq əksər qərarlarda gözəl Azərbaycanın adı, İlqar Məmmədov işi üzrə qərar xatırlanacaq, yad ediləcək. Təkcə bununla bitməyəcək, dünyanın Avropa Məhkəməsi presedentini örnək alan, ona sayğı göstərən ucqarları, AİHM hüququ təhsili alan bütün dünya hüquqçuları bizi, REAL-ı, onun liderini, hökumətimizi tanıyacaq.
Загрузка...
Загрузка...

Xəbər lenti