Azərbaycan DİN Şuşanın alınmasını qeyd edən vətəndaşlara müraciət edib

Azərbaycan DİN Şuşanın alınmasını qeyd edən vətəndaşlara müraciət edib
Azərbaycan Daxili İşlər Nazirliyi gün ərzində Şuşa şəhərinin azad olunmasını qeyd edən paytaxt sakinlərinə müraciət edib. Qurum bildirib ki, sakinlərin bu hadisəni qeyd etmələri üçün heç bir məhdudiyyət yaradılmayıb və küçə və prospektlərdə hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunub.
Nazirlik məlumatında vətəndaşlara Azərbaycanda hərbi vəziyyətin davam etdiyini və koronavirusla mübarizə məqsədi ilə karantin rejiminin tətbiq olunduğunu bildirib. "Diqqətə çatdırırıq ki, hərbi vəziyyət rejiminə uyğun olaraq tətbiq olunan komendant saatı qaydalarına əməl olunmalı, koronavirus infeksiyasını unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq,"-qurumun məlumatında deyilir.
Azərbaycan DİN vətəndaşlardan qayda-qanunlara, o cümlədən koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən, komendant saatından irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edib.

Xəbər lenti