Azərbaycan daha 3 erməni hərbçinin meyitini təhvil verdi

Azərbaycan daha 3 erməni hərbçinin meyitini təhvil verdi
 Azərbaycan 16 noyabrda sərhəddə təxribat törədərkən həlak olan 3 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Criminal.az xəbər verir ki, təhvil vermə prosesi rusiyalı sülhməramlıların iştirakı ilə Şuşada baş tutub. Meyitlər bu gün İrəvana çatdırılıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov noyabrın 17-də daha bir erməni hərbçinin meyitini İrəvana çatdırmışdı.

Xəbər lenti