Azərbaycan Cənubi Qafqazda uşaqların ən pis yaşadığı ölkə kimi göstərilib

Azərbaycan Cənubi Qafqazda uşaqların ən pis yaşadığı ölkə kimi göstərilib
Загрузка...
''Save the Children'' illik hesabatını açıqlayıb Uşaqların hüquqlarını müdafiə edən beynəlxalq "Save the Children” xeyriyyə təşkilatı illik hesabatını və qlobal indeksini açıqlayıb. "Uşaqlığın sonu” (End of Childhood) adlı hesabat uşaqların üzləşdiyi ölüm, aclıq təhlükəsi, təhsil almağın çətinliyi, erkən nikah, ana olmaq, işləməyə məcbur edilmək və bu kimi digər çətinliklərlə bağlı məlumatlar əsasında hazırlanıb.
Məlum olub ki, 2000-ci ildən bu yana 173 ölkədə uşaqların ümumi vəziyyəti yaxşılaşsa da, hələ də yaşı 18-dən aşağı olan hər 4 nəfərdən 1-i uşaqlıq xoşbəxtliyini yaşaya bilmir. Bu isə 545 milyon uşaq deməkdir.
Hesabata görə, 2000-2019-cu illər ərzində təxminən 31 milyon uşaq yaşadığı yeri tərk etməli olub, 420 milyon uşaq isə münaqişə zonalarında yaşayır. "Save the Children” hesabatla yanaşı indeks də dərc edib. 176 ölkədən ibarət bu indeks cədvəlində ölkələr uşaqların vəziyyətinə görə sıralanıb. Təşkilatın indeksində ən pis göstəricələrə malik ölkələr Afrika qitəsindədir. Bunlar Cənubi Sudan, Mali, Çad, Niger və Mərkəzi Afrika Respublikasıdır. Sinqapur, İsveç, Finlandiya, Norveç və Sloveniya isə uşaqların yaşaya biləcəyi ən yaxşı 5 ölkə kimi göstərilib.
 
Afrika qitəsindən olan uşaqlardan Cənubi Qafqaz ölkələri uşaqların qismən uşaqlıqdan məhrum olduğu ölkələrin kateqoriyasındadır. İndeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici 89-cu yerdə olan Azərbaycandadır. Gürcüstan 73-cü yeri tutur.
Ermənistan 61-ci yerdədir. Cədvəldə Azərbaycandan sonrakı yerlərdə yalnız iki keçmiş sovet respublikası var. Tacikistan 90, Qırğızıstan isə 94-cü pillədə qərarlaşıb. Cədvəldə ABŞ 36-cı, Rusiya isə 38-ci yerdədir.
Загрузка...
Загрузка...

Xəbər lenti