Azərbaycan Avropa Şurası liderdir - Qərarların icra edilməməsi göstəricisi üzrə Azərbaycan Avropa Şurası liderdir - Qərarların icra edilməməsi göstəricisi üzrə

Azərbaycan Avropa Şurası liderdir - Qərarların icra edilməməsi göstəricisi üzrə
Загрузка...
Avropa Şurası üzv olkələrin Avropa Məhkəməsinin qərarlarının icrasına necə yanaşması ilə bağlı ən son bilgiləri paylaşıb. Azərbaycan Avropa Şurası liderdir - qərarların icra edilməməsi göstəricisi üzrə. Azərbaycan AİHM-in ölkəmizlə bağlı çıxardığı qərarların 186-nı icra etməyib. Bu ölkəmizlə bağlı çıxarılan bütün qərarların 90 faizidir. Qısaca, kompensasiyanı ödəmək, ərizəçinin cibinə pul qoymaq qərarın icra edilməsi demək deyil.
Qonşularımız...
Bu statistik cədvəldə 2-ci yerdə köhnə qardaş Ukrayna gəlir. Ukrayna AİHM-in bu ölkəyə qarşı çıxardığı qərarlardan 910-nu icra etməyib. Bu Ukrayna əleyhinə çıxarılan qərarların 63 faizi deməkdir. 3-cü yerdə digər qardaşımız Rusiya gəlir. Rusiya Avropa Məhkəməsinin 1572 qərarını icra etməkdən yayınır. Bu göstərici AİHM-in Rusiya əleyhinə qərarlarının 61 faizi deməkdir.
Ermənistan qərarların 37, Gürcüstan isə 33 faizini icra etməkdən yayınır. Andorra, Danimarka, Monako Knyazlığı və Norveç ən məsuliyyətli ölkələrdir. Onlar AİHM qərarlarını 100 faiz icra ediblər. Keçmiş SSSRİ ölkələrinin ən məsuliyyətlisi isə Estoniyadır - estonlar qərarların 98 faizini icra ediblər. 

Xalid Ağaəli
Hüquqşünas 

Загрузка...
Загрузка...

Xəbər lenti