Azərbacanda məhkəmə hakiminin "facebook" NİKİ - İNQİLABÇI, MAARİFÇİ, FİLOSOF Azərbacanda məhkəmə hakiminin

Azərbacanda məhkəmə hakiminin
Загрузка...
230 il əvvəl Parisdə elm, incəsənət və sənətkarlığın ensklopediyası dərc olundu. Həmin möhtəşəm əsərin müəllifi yazıçı, filosof və dramaturq Dedi Didro idi. Azərbaycanda da indi özünü Deni Didro kimi sosial şəbəkədə görən hakim var. Lakin o çox pis yazıçıdır: imzaladığı hökmlər hökmranlıq təsiri bağışlayır. O yaxşı filosof deyil, çünki müttəhimi fəlsəfə daşı kimi görür. O ortabab dramaturq da deyil, çünki məhkəmə dramaturqiyası əyalət teatrındakı operettaya bənzəyir. O hakimdir. Lakin düşüncəyə, fikrə, ədalətə və qanuna inamın məhkəmə zalına toplaşanlarda itməməsi, bu inamın qalması üçün özünə nə dərəcədə hakimdir... İstənilən halda onu biz yerli Jak Fatalist adlandıra bilərik.
Beləliklə sizi "pilləkən ağlı” ifadəsinin müəllifi olan Deni Didroya bənzəmək istəyən şəxslə tanış edirik. Tanışlıq maraqlıdır...
Söhbət Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovdan gedir. O, "facebook” sosial şəbəkəsində öz adı ilə deyil, Dedi Didro kimi qeydiyyatdan keçib.
 
Hakim Rəşad Abdulovun "facebook" profili 
D.Didro Fransız maarifçilərinin görkəmli nümayəndəsidir. O, 1713 –cü ildə sənətkar ailəsində doğulub. Əvvəl "Fəlsəfi düşüncələr", ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazıb. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi. O, siyasi, fəlsəfi, mədəni və praktik əhəmiyyət daşıyırdı. Hökumət tərəfindən ensiklopediyaya göstərilən təzyiqlərə baxmayaraq, 1780-ci ilə kimi onun 35 cildi nəşr olunmuşdu.
 
Deni Didro 
R.Abdulov isə 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini, daha sonra isə hüquq fakültəsini bitirib. Apellyasiya Məhkəməsinin Məhkəmə nəzarətçiləri şöbəsinin məhkəmə nəzarətçisi, Məhkəmə-Hüquq Şurası Aparatında məsləhətçi işləyib. 2013 – 2018-ci illər ərzində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2018-ci ildən isə Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
 
Rəşad Abdulov 
Hər iki şəxsin bioqrafiyasına nəzər yetirsək, heç bir oxşarlıq tapmaq mümkün deyil. Vətəndaşlar R.Abdulovdan da inqilabi əsərlər yazan D. Didronun həyat və yaradıcılığına uyğun qərarlar gözləsə də, baqşa mənzərə şahidi oluruq.
Məsələn, R.Abdulov müşavirə otağına getmədən yerindəcə qərarlar çıxarmaqla Azərbaycan məhkəmə praktikasına "inqilabi” yenilik gətirməsi ilə öyünə bilər.
Heç şübhəsiz ki, D.Didro nə vaxtsa yazılarına görə, R.Abdulovun qarşısına çıxarılsaydı, eynilə o vaxtki Fransız hakimiyyətinin verdiyi qərarı qəbul edərərək onu həbs edərdi...
Загрузка...
Загрузка...

Xəbər lenti