AZAL ziyanla işləyir, rəhbərinin qızları isə AZAL ziyanla işləyir, rəhbərinin qızları isə

AZAL ziyanla işləyir, rəhbərinin qızları isə
Загрузка...
"AZAL ziyanla işləyir, rəhbəri isə ölkədə ən varlı adamlardan biridir”
AZAL 2018-ci ili zərərlə başa vurub. İlin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8 faiz artıb.
İqtisadçı Natiq Cəfərli deyir ki, AZAL ölkənin ən böyük inhisarçı şirkətlərindəndir. Büdcədən ən çox yardım, dotasiya alan şirkətlər sırasında yer alır və bütün bunlara baxmayaraq, ili zərərlə başa vurması qəribədir:

"Hələ bu azmış kimi AZAL başqa şirkətlərin ölkəyə gəlib rəqabət yaratmasına mane olur. Regionda ən baha qiymətə bilet satır, amma yenə rəsmi rəqəmlər deyir ki, ziyanla işləyir. Bunu bacarmaq üçün xüsusi fitri korrupsiya istedadı lazımdır. Bu da AZAL rəhbərliyində var”.
İqtisadçı əlavə edir ki, AZAL ziyanla işləyir, vəziyyəti pisdir, ancaq bu şirkətin rəhbəri ölkədə ən varlı adamlardan biridir: "Bu, necə olur? Zəhmət olmasa biri izah etsin”. 

Natiq Cəfərli 
 2018-ci ilin yekunlarına görə, Azərbaycanın yük daşıyan aviaşirkətləri isə 87,3 mln. manat balans mənfəəti əldə ediblər. Bu da ötən ilin göstəricisinin cəmi 45 faiz təşkil edir. Bu zaman aviaşirkətlər uzun məsafəli uçuşlar həyata keçirməli olublar. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın karqo şirkətlərinin gəlirləri (1 mlrd. 451,1 mln. manat) 29,7 faiz artıb. Bir il ərzində onlar 208 min ton (20,3 faiz) yük daşıyıb. Yükün bir tonu 4 418,3 km məsafəyə daşınıb, bu da 2017-ci ildən 3,9 faiz daha uzadır. Aviaşirkət daşımalara 1 451,1 mln. manat xərcləyib, bu da ötən ildən 46,2 faiz çoxdur. Azərbaycanda yük daşımalarını "Silk Vey Aviaşirkəti", "Silk Vey East", "Silk Vey Vest" və qismən "Azərbaycan hava yolları" QSC həyata keçirir. 

Jurnalist Cavanşir Həsənli yazır ki, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalsa da, AZAL prezidentinin qızı Mila (Məlahət) Əsgərovanın Britaniyadakı GAZELLI ART HOUSE LIMITED şirkətinin 1 oktyabr 2018-ci ildə reyestrə daxil olan maliyyə sənədlərinə görə, qarışıq aktivlərinin həcmi 31 milyon 495 min 464 funt sterlinq və ya 41 milyon dollar olub. 

Yaxud o biri qızı Cəmilə Əsgərovanın GAZELLI INTERNATIONAL LIMITED şirkətinin 31 oktyabr 2017-ci ilə aid maliyyə hesabatına görə, şirkətin ümumi aktivlərinin həcmi 14 miyon 141 min 159 funt sterlinq və ya 18.4 milyon dollar təşkil edib. İki şirkətin cəmi aktivləri 60 milyon dollar, yaxud 102 milyon manatdır. Bir də üstəlik, əcnəbi damadlarının biznesi...

"AZAL-ın və onun patronajlığı altında olan BUTA-nın 208 milyonluq zərərində təəccüblü nə var?! Şəxsən mənim üçün təəccüblü o xəbər olardı ki, AZAL bircə ili mənfəətlə başa vurnuş olsun. Hələ sevinək ki, təyyarələri sağ-salamat uçur" - jurnalist qeyd edir. 


Загрузка...
Загрузка...

Xəbər lenti