AZAL prezidentinin ailəsinə pul çatdıran adam məhkəməyə çağırılır

06 Dekabr 2021, 10:09
06 Dekabr
2021
10:09
2016
Məhkəmə araşdırması davam edir
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov və vəkilləri "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun xanımına pul çatdırdığı iddia olunan Fuad Əliyevin məhkəmədə dindirilməsini istəyir. Bunu vəkillər İlqar İsmayılovun məhkəməsində bildiriblər.
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva 2011-ci ildə "İdeal Company”yə şərik olandan sonra şirkətdə onun nümayəndəsi Fuad Əliyev olub.
İlqar İsmayılov deyir ki, şirkətdən gəlirləri də həmtəsisçi kimi, Zərifə Əliyevaya əksəri hallarda nümayəndəsi çatdırırdı. Ona görə də adıçəkilən şəxsin məhkəmədə dindirilməsində israrlıdılar.
2021-ci ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. İş adamı Zərifə Həmzəyeva ilə şərik olduğu dövrdə şirkətin kassasından 680 min manat götürüb, öz ehtiyaclarına xərcləməkdə ittiham olunur.
Cinayət işinin materiallarına İlqar İsmayılovun kassadan ittihamda bəhs olunan vəsaitləri çıxarmasının sübutu olaraq, məxaric qəbzləri əlavə edilib. Həmin qəbzlər məhkəmədə araşdırılanda məlum olub ki, ikisindən başqa digər qəbzlər kserosurətdir, üzərində İlqar İsmayılovun imzası, möhür də yoxdur.
Vəkillər vurğulayıb ki, həmin məbləğlərin İlqar İsmayılov tərəfindən çıxarılması alt sənədlərlə də təsdiqini tapmır.
Elan edilən sənədlərdən o da məlum olub ki, "Premium Bank”dan 2012-ci ildə (o dövrdə "SilkWayBank” adlanırdı) bankdan 2012-ci ildə İlqar İsmayılovun adına götürülən kredit müqaviləsi üzrə ödənişlər 18 mart 2013-cü ildə başa çatıb. Lakin ittihamda yazılıb ki, İlqar İsmayılov 2014-2015-ci illərdə şirkətin ümumi kassasından pul götürüb, öz adına olan krediti ödəyib. Vəkillər bildiriblər ki, bu sənədlər İlqar İsmayılova qarşı ittihamın əsassız olduğunu sübut edir.
İttihamda yazılıb ki, İlqar İsmayılov 2013-cü ilin iyun ayında – artıq Zərifə Həmzəyeva ilə şərik olduğu dövrdə şirkətin kassasından 280 min manat götürərək, "Şəhər Bağları” MTK-dan mənzil alıb. Vəkillər bildirib ki, ittihamdakı bu hissə də təsdiqlənmir. Bu məsələ ilə əlaqədar məhkəmədə şahidlər dindirilib və onlar bildirib ki, İlqar İsmayılov mənzili 280 min manata yox, 1 milyon manata alıb. Üstəlik, kassadan 280 min manat çıxarılsığını sübut edən qəbzin də əsli yoxdur, sadəcə, kserosurətdir. Vəkillər bu sənədin ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıb.
İlqar İsmayılova qarşı ittihamlardan biri də budur ki, ümumi yığıncaq keçirilmədən, şirkətin mənfəətini təkbaşına xərcləyib. Məhz bu məsələyə görə vəkillər Fuad Əliyevin dindirilməsini istəyir. Müdafiəçilər deyir ki, mənfəətin şirkətin şəriki Zərifə Həmzəyevaya çatıdırılmasında birbaşa onun nümayəndəsi Fuad Əliyev iştirak edib. Bu səbəbdən onun dindirilməsi zəruridir.
Məhkəmə araşdırmaları davam edir.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarı, "Gazelli Group”un da rəhbəridir.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”