‘’Azadlıq radiosu'' Xədicə İsmayılı müdafiə edəcəyini bildirib

09 Avqust 2019, 17:33
09 Avqust
2019
17:33
601
Xədicə İsmayılova: "Məni Azərbaycan sistemi ilə təkbətək qoyublar”
Azərbaycan Ali Məhkəməsi avqustun 7-də Azərbaycan qanunlarını və hökumətin, ABŞ-la müqavilələr də daxil olmaqla, beynəlxalq müqavilə öhdəliklərini pozmaqla jurnalist Xədicə İsmayılovaya qarşı əsassız vergidən yayınma ittihamını qüvvədə saxlayıb.
"Turan” agentliyinin məlumatına əsasən, bu bəyanatı "Azadlıq Radiosu”nun prezidenti Ceymi Flay verib.
"Biz əlimizdə olan bütün səlahiyyətlərdən istifadə edərək Xədicəni müdafiə etməkdə davam edəcəyik. Belə ki, bu qondarma ittihamların əsasında onun cəsur araşdırmaçı jurnalist fəaliyyəti dayanır”, deyə Flay əlavə edib.
"Azadlıq Radiosu”nun prezidenti Azərbaycan hökumətini İsmayılovaya tətbiq edilən "səyahət qadağasını ləğv etməyə, əsassız vergi cərimələrini qaldırmağa, bank hesabını yenidən açmağa, öz normal həyatına davam etməsinə və mühüm işini görməsinə imkan yaratmağa” səsləyib.
"Azadlıq Radiosu”nun Azərbaycandakı fəaliyyəti uzun illər Xədicə İsmayılova ilə sıx bağlı olub. O, 2008-10-cu illərdə "Azadlıq Radiosu”nun Bakı bürosunun rəhbəri olub.
Daha sonra araşdırmaçı jurnalist fəaliyyətini genişləndirən İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinə bağlı korrupsiya əməllərini ifşa edib.
"Azadlıq Radiosu” 2012-ci ildə İsmayılova şantaj cəhdi ilə üzləşəndə onun üçün vəkil tutub. 2014-cü ildə İsmayılova Azərbaycanda həbs edildikdən sonra "Azadlıq Radiosu” onun azad olunması üçün ABŞ Konqresi və beynəlxalq QHT-lərə çağırışlar edib.
2016-ci ilin mayında azad edilməsinə baxmayaraq, Xədicə İsmayılovaya qarşı səyahət qadağası və başqa sanksiyalar hələ də qüvvədə qalır.
"Xədicənin rifahı və başqa sabiq Bakı əməkdaşlarımızın rifahı bizim hüquqi strategiyamızın mərkəzindədir və bizim Azərbaycan hökumətinin arbitrar və qisasçı əməllərinə qarşı müdafiə olunmaq üçün verdiyimiz dəstəyin müxtəlif formalarını diktə edib”, deyə Flay bildirib.
Ali Məhkəmənin avqustun 7-də Xədicə İsmayılova ilə bağlı qərarından sonra jurnalist "Facebook” sosial şəbəkəsindəki profilində "Azadlıq Radiosu” nun onu müdafiə etmədiyini qeyd etmişdi.
"Biz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik. Ola bilər ki, 5-7 ildən sonra məhkəmə bu məsələyə baxacaq. Buna qədər mən pul ödəməli olacağam. Mənim isə vəsaitlərim bank hesablarında dondurulub”, - X.İsmayılova yazıb.
X.İsmayılova vurğulayıb ki, radiodan ona zərəri ödəməyəcəklərini bildiriblər və onu Azərbaycan sistemi ilə təkbətək qoyublar.
"Mən ölkəmdə olan haqsızlığa öyrəşməliyəm. Amma bu dəfə məni daha çox pərişan edir. Bəlkə də radionun müdafiəsinə ümid etsəydim, daha asan olardı”, - X.İsmaylova yazıb.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Sənəd, Cəmiyyət
DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
Cəmiyyət
Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
Foto, Cəmiyyət
Ağdamın Xıdırlı kəndindən görüntülər
-
Cəmiyyət
"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
Cəmiyyət
Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
Cəmiyyət
Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
Foto, Cəmiyyət
''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
Manşet, Foto, Cəmiyyət
Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
Foto, Cəmiyyət
Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular