"Azadlıq" qəzetinin əməkdaşının istintaq idarəsinə aparıldığı deyilir

02 May 2020, 11:17
02 May
2020
11:17
550
"Azadlıq" qəzetinin əməkdaşı, AXCP fəalı Səadət Cahangir istintaq idarəsinə aparılıb.
Bu barədə "Azadlıq"ınqəzetinin yaydığı məlumatda deyilir.
"Qəzetimizin əməkdaşı və AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir bu gün saat 12 radələrində evindən götürülərək Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulları götürüb, özünü də istintaq idarəsinə aparıblar. " deyə məlumatda vurğulanıb.
Qəzetinin açıqlamsında qeyd edilir ki, Səadət Cahangir mayın 1-də Bakı vaxt ilə saat 21 radələrinə qədər idarədə saxlanılıb və sorğu-sual edilib.
Sonra o, sərbəst buraxılsa da, kompüteri, telefonları və pulları qaytarılmayıb.
Bununla bağlı hələlik hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, "Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangir və bu təşkilatın Ali Məclis sədrinin müavini İradə Nəriman Əli Kərimlinin yaşadığı binanın girişində saxlanılaraq polis bölməsinə aparılıb və 4 saat bölmədə saxlanılıblar. Baxmayaraq ki, onların hərəkət üçün icazələri olub.
"Bu gün Əli bəyin 55 illik yubileyi ilə bağlı yazı hazırlamaq məqsədi ilə onlara getməliydim. Təbii ki, mağazadan tort aldım və AXCP Ali Məclis sədrinin müavini İradə Nəriman da SMS icazəsi ilə mənimlə birgə getmək istədiyini bildirdi. Təxminən saat 12-də Əli bəyin yaşadığı evin blokundan içəri girmək istədikdə mülki geyimli 4 nəfər üstümüzə cumdu. Özlərini təqdim etmədən onlarla getməli olduğumuzu bildirdilər, israrla özlərini təqdim etmələrini tələb etsək də, nəticə olmadı. Sonra bizi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirdilər. Bölmədə heç bir kobud davranış göstərilməsə də, saat 16-ya kimi bizi orda saxladılar. Protokol tərtib etdilər, mənim jurnalist vəsiqəm, İradə xanımın SMS icazəsi olmasına baxmayaraq, 100 manat cərimə edərək buraxdılar. Hamıya bir daha əyan olsun ki, Əli Kərimlinin evi həqiqətən blokadadadır, evin qarşısında da polis keşik çəkir. Bir daha aydın olsun ki, hakimiyyət Əli Kərimliyə qarşı heç bir qanuna və mənəviyyata sığmayan yollardan istifadə edir," Səadət Cahangir Facebook səhifəsində yazıb.
Səadət Cahangir baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.
Öz növbəsində rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib.
AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq 10 gündən çoxdur ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib. Əli Kərimlinin və ailə üzvlərinin evdən çıxmaq imkanları tam məhdudlaşdırılıb, ailə ilə hər hansı şəkildə əlaqə yaradan - evinə gəlib-gedən, ərzaqla təmin etməyə çalışan hər kəs izlənilir, cəzalandırılır və ya həbs edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirib. Bu qurumun mətbaut xidməti həmçinin Kərimlinin telefon və internet əlaqələrində problem yaranıbsa müvafiq şirkətlərə müraciət etməsini məsləhət bilib.
"Azercell Telekom" şirkəti isə bildirir ki, AXCP sədri Əli Kərimlinin mobil telefonunun və internetinin bloklanmasına bağlılığı yoxdur.
""Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur. Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir. Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil,” Azercell Telekom" MMC-nin mətbuat xidməti qeyd edib.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Foto, Hadisə
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
Hadisə
Bakıda süpürgəçi qadını avtomobil vurub
-
Hadisə
2 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
Hadisə
Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
Hadisə
Prezident Şuşaya getdi
-
Hadisə
13 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
Foto, Hadisə
Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
Hadisə
Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
Hadisə
Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü