Azad Həsənov azadlığa buraxıldı - SON DƏQİQƏ

Azad Həsənov azadlığa buraxıldı - SON DƏQİQƏ
Загрузка...
2014-cü ildən siyasi mühacir statusuyla yaşadığı Litvadan ağır xəstə olan atasını görmək üçün ötən il oktyabrın 10-da Bakıya gələn və dərhal da həbs olunan müsavatçı fəal Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə Criminal.az saytına onun vəkili Osman Kazımov məlumat verib.
 
Vəkil bildirib ki, məhkəmə A.Həsənovun ittiham olunduğu maddəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə töfsiv edərək 1 il müddətinə şərti cəza təyin edib.
Vəkil əlavə edib ki, A.Həsənova verilmiş cəza ilə razı deyil və bəraət almaq üçün yuxarı instansiya məhkəmələrinə müraciət edəcək.
Xatırladaq ki, A.Həsənov istintaq təcridxanasında aclıq edirdi. On günə yaxın aclıq edən A.Həsənov bir neçə gün əvvəl aclığını dayandırmışdı.  
Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti