Azad Həsənov aclıq aksiyasını dayandırıb

Azad Həsənov aclıq aksiyasını dayandırıb
Загрузка...
Partiya yoldaşları və ailə üzvləri ona xahişlə müraciət ediblər
Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənov iyulun 31-də aclıq aksiyasını dayandırıb. Məlumatı partiyanın başqanı Arif Hacılı yayıb. Onun sözlərinə görə, Azad Həsənov partiyanın qərarını, ailəsinin və onların xahişlərini nəzərə alaraq bu addımı atıb. Azad Həsənov iyulun 23-dən aclıq aksiyasına başladığını elan etmişdi.
Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir.
Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.
Загрузка...
Загрузка...

Xəbər lenti