Aydın Bəşirov Türkiyədə vəfat etdi

Aydın Bəşirov Türkiyədə vəfat etdi
 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib. Bu barədə "Report”a onun yaxınları məlumat verib. Bildirilib ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətirtiləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.
Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü ildə isə vəzifəsindən azad edilib.

Xəbər lenti