Ayaqqabıdan narkotik çıxdı

Ayaqqabıdan narkotik çıxdı
Загрузка...

İran vətəndaşı gömrükdə saxlanılıb.

Criminal.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, noyabrın 6-da saat 18:00 radələrində "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib.

Onun ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Загрузка...
Загрузка...

Xəbər lenti