AXCP üzvünə hökm oxundu

01 Dekabr 2020, 14:19
01 Dekabr
2020
14:19
680
Məhəmməd İmanlı ilə bağlı məhkəmə yekunlaşdı
Bu ilin iyulunda Aazərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin kütləvi həbsi zamanı saxlanılan və koronavirus yaymaqda ittiham olunan Məhəmməd İmanlının məhkəməsi yekunlaşıb. Dekabrın 1-də Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, cəbhəçi gənc 1 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə təqsirli bilinib.
İddia olunur ki, M.İmanlı COVİD-19 daşıyıcısı olduğu halda, küçəyə çıxaraq, başqalarının həyatına təhlükə yaradıb. Onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının küçədə gedərkən saxladığı yazılsa da. həm özü, həm də ailə üzvləri bunu təkzib edir.
M.İmanlının atası Ramiz İmanov hökmdən sonra Meydan TV-yə açıqlamasında bildirib ki, cinayət işinin materiallarında oğlunun iyulun 20-də küçədə saxlandığı yazılsa da, yalandır, onu iyulun 16-da gəlib evdən aparıblar.
Onun sözlərinə görə, nə Məhəmməd, nə də ailə üzvlərindən başqa birində COVİD-19 olub: "Haqsızlığın, ədalətsizliyin dərəcəsinə baxın ki, adamı gəlib evindən aparıb. Üstünə xəstə adını qoyurlar, istədikləri ittihamı verib, istədikləri cəzanı da çıxarırlar. Bu qədər özbaşınalıq təsəvvür etmirdim...”
M.İmanlı özü də məhkəmədə ifadə verərkən deyib ki, heç vaxt koronavirusa yoluxmayıb. Onun sözlərinə görə, iyulun 15-də Bakıda keçirilmiş "Qarabağa azadlıq” yürüşündən sonra AXCP üzvlərinə qarşı başlanmış repressiyaların hədəflərindən biri də o olub: "Həbsimin səbəbi Xalq Cəbhəsi Partiyasının üzvü olmağım, ictimai-siyasi fəaliyyətindir”.
M.İmanlının vəkili Əsabəli Mustafayev hökmdən apelyasiya şikayəti verəcəklərini bildirib. Vəkil vurğulayıb ki, cinayət işinin materiallarında M.İmanlının təqsirsizliyini sübut edən xeyli faktlar var.
M.İmanlının himayəsində iki azyaşlı uşaq var. Onlardan biri avqust ayında – M.İmanlının həbsindən sonra doğulub.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Məhkəmə
Həbs edilən qazi azadlığa buraxıldı
-
Məhkəmə
Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
Manşet, Video, Məhkəmə
Mübariz Mənsimov azadlıqda!
-
Məhkəmə
Mübariz Mənsimovun məhkəməsi başladı
-
Manşet, Məhkəmə
Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
Manşet, Məhkəmə
“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
Məhkəmə
Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
Məhkəmə
“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
Məhkəmə
AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir